Modern.az

İtkin düşən daha bir əsgərin nəşi tapıldı

İtkin düşən daha bir əsgərin nəşi tapıldı

12 Yanvar 2021, 15:38

Vətən müharibəsində itkin düşən hərbçilərimizdən daha birinin şəhid olduğu müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Vətən müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Sənan Mətləb oğlu Seyfullayevin nəşi Masallı rayonuna aparılıb. Şəhid doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb.

 

Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin qardaşına təhvil verib. 

 

Qeyd edək ki, 23 yaşlı Sənan Seyfullayev könüllü olaraq Vətən müharibəsində iştirak edib. O, cəbhənin Cəbrayıl, Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Qubadlı rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Bildirilir ki, onun nəşi 71 gündən sonra tapılıb.

 

Allah rəhmət eləsin!

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...