Ağalar Qut
“Gənclərə yol açmaq lazımdır”, “gənclər həmişə haqlıdır”, “qocalar çəkilməli, gənclər gəlməlidir”, “mən gənclərdən öyrənirəm”, “get, nəvələrinlə oyna” kimi fikirlər keçmişi cahillik, dəyərsiz və gərəksiz hesab edən maarif filosofiası ilə (yəni, modernizm ilə) yaranmış, dəbə mindirilmiş, əzbərlənmiş və bütün tarixə, irsə, mövcud olana qarşı çevrilmiş mövqedir. Bu, “yeni tapıntıların hamısı keçmişin irsindən yaxşıdır” deməkdir. Bu, maarifçiliyin, daha doğrusu, pozitivizmin tərəqqi edən tarix anlayışıdır (yəni, tarix guya zəruri olaraq daha yaxşıya, daha üstünə sarı gedir, guya daim üzü yuxarı qalxır). Maarifçilik gənclikçilik deməkdir. “Atalar və oğullar” problemi, atalarına qarşı satqınlıq edən Pavlik Morozov fenomeni və s. hamısı maarifçiliyin gətirdiyi görkəzməliklər idi.
Ümumiyyətlə, yaşlı-gənc, qoca-cavan qarşıdurması tamamilə sünidir, bizim kulturamıza və dünyagörüşümüzə də ziddir və Avropa maarifçiliyindən sonra yaranmış, bizə də sovet dövründə yeridilmişdir. Maarif filosofiası gənclikçilik yolunu onun üçün tutmuş idi və tutmuşdur ki, bu dünyagörüş yeni doğulan, keçmişi, irsi, mirası olmayan Avropada yaranmışdı. Bu səbəbdən də gənclərə üstünlük verirdi və verir. Avropa universitetləri 30-40 yaşlı “full professor”larla doludur. Və onların çoxu alim yox, sadəcə olaraq, cəld və cahil elm bürokratlarıdırlar. Qərbin “keçmiş”i yoxdur deyə, ancaq “gələcəy”ə (və gəncliyə) fokuslanır. Avropanın zəhləsi gedir özünə aid edə bilmədiyi qədim xalqlardan və qədim kulturalardan, yəni İsa peyğəmbərdən qabaq yaranmış özgələrdən.
Yaradıcılıq yaxşıdır, amma qoruyuculuq (mühafizəkarlıq) da qətiyyən pis deyildir. Pis olan – heç nəyi qorumadan hər şeyi yenidən yaratmaq maarifçiliyidir.
Nitsşe nihilizmi Kant maarifçiliyinin birbaşa nəticəsi idi. Gənclər qoruyucu olanda möhtəşəm olurlar – eynilə bizim ordumuzun gənc əsgərləri kimi, tariximizi, dilimizin dərinliklərini öyrənən gənclər kimi və s.
Yaşlılar isə yaradıcı olanda möhtəşəm olurlar. Yaşlı-gənc tarazlığının pozulması keçmiş-gələcək tarazlığını pozur. Bizdə həmişə bu izah hakim olub ki, sovet dövründə keçmiş irsi silmək rus imperializminin yerlərdəki arzusu idi. Halbuki, inqilab ideyasının özü, “keçmişin qalıqlarıyla mübarizə” siyasətinin özü rusun, bolşeviklərin, kommunistlərin yox, birbaşa avropalı maarifçiliyin tələbi idi.
“Dünyanı çox cürə yozdular, indi onu dəyişdirmək lazımdır” deyən Marks-ın yanaşması birbaşa maarifçiliyin (modernizmin) yetirməsi idi. Əgər yaşlılar mühafizəkardırlarsa və mühafizəkarlıq da pisdirsə, onda gənclər də çox dağıdıcıdırlar, şöhrətpərəstdirlər.
Yaşlı Aristotel Avesta-nı əsla yandırtmazdı, amma şagirdi, 20-30 yaşlı o lənətli İskəndər yandırtdı.
13 Yanvar 2021, 09:08 | ƏDƏBİYYAT
Niyə qocalar çəkilməli, gənclər gəlməlidir?..

Bizi sosial şəbəkələrdə izləyin
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv




















_179_773.jpg)






















Keçmiş nazir yeni vəzifəyə təyin olundu
22 Yanvar 2021, 17:15
Türkiyə MN hərbçilərimizin də iştirak etdiyi təlimlərlə bağlı məlumat yaydı
22 Yanvar 2021, 17:10
Texniki Universitetdə yeni prorektor TƏYİNATI
22 Yanvar 2021, 17:05
Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi - VİDEO
22 Yanvar 2021, 17:00
Kərki kəndindəki ermənilər TƏŞVİŞDƏ - Azərbaycana qaytarılmasına hazırlıq gedir
22 Yanvar 2021, 16:55
Şuşa əməliyyatında iştirak edən cüdo müəllimi - VİDEO
22 Yanvar 2021, 16:50
Dövlət Komitəsində BMqT nümayəndəsi ilə görüş keçirilib
22 Yanvar 2021, 16:45
Azərbaycanlı rəssamın ABŞ-da açılan ikinci fərdi sərgisi maraqla qarşılandı
22 Yanvar 2021, 16:40
Ermənistanda daha bir deputat Paşinyanın fraksiyasından istefa verdi
22 Yanvar 2021, 16:35
Dünyanın sabiq liderləri nə ilə məşğuldur? - Biznes, rəssamlıq, müalicə... - FOTOLAR
22 Yanvar 2021, 16:30
Naftalanda ŞİH-nin və DTA-nin layihələri həyata keçirilir
22 Yanvar 2021, 16:27
Zidan koronavirusa YOLUXDU
22 Yanvar 2021, 16:22
Zakir Həsənov Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü
22 Yanvar 2021, 16:16
Həmkarlar Konfederasiyasından “Qarabağ Dirçəliş Fondu”na 100 min manat ianə
22 Yanvar 2021, 16:10
ABŞ-ın ermənipərəst konqresmenləri niyə fəallaşıblar? - ŞƏRH
22 Yanvar 2021, 16:04
Bakıda 6 evdən oğurluq edən şəxs saxlanıldı
22 Yanvar 2021, 16:00
Çingiz Qənizadə: “Leyla Yunus yenə də öz ampluasındadır”
22 Yanvar 2021, 15:55
Azərbaycan Prezidenti status məsələsini tarixin zibilliyinə yollayıb - XİN-dən Avropa Parlamentinə sərt CAVAB
22 Yanvar 2021, 15:50
“YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI
22 Yanvar 2021, 15:44
Metronun “8 Noyabr” stansiyasına rəis müavini də təyin edildi
22 Yanvar 2021, 15:38
Oğul şəhid oldu, atasının ürəyi dözmədi
22 Yanvar 2021, 15:32
Parlamentin komitəsinin yaz sessiyası üçün iş planı təsdiqləndi
22 Yanvar 2021, 15:27
Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır
22 Yanvar 2021, 15:22
Qaz sayğaclarından narazı olan abonentlərin NƏZƏRİNƏ
22 Yanvar 2021, 15:17
Rəsmi Yerevan Azərbaycan-Türkiyə təlimlərinə ETİRAZ ETDİ
22 Yanvar 2021, 15:11
Nazirdən Xudavəng monastırı ilə bağlı AÇIQLAMA
22 Yanvar 2021, 15:06
Birdəfəlik əkin subsidiyası üçün müraciətlərin qəbuluna başlanılır
22 Yanvar 2021, 15:00
Akif Nağı ömürlük məhbuslara ƏFV İSTƏDİ
22 Yanvar 2021, 14:57
Şahbaz Quliyevin anası vəfat etdi
22 Yanvar 2021, 14:52
Ailə, qadın və uşaq məsələləri komitəsinbin iclası keçiriləcək
22 Yanvar 2021, 14:46
Darıxmağın ləzzəti
22 Yanvar 2021, 14:41
Valideynlər bu halda övladlarını məktəbə göndərməyə bilər
22 Yanvar 2021, 14:40
Şuşa döyüşlərində şəhid olan çavuş
22 Yanvar 2021, 14:34
Distant təhsil, zamanı itirməyək
22 Yanvar 2021, 14:28
Bu yolda hərəkət məhdudlaşdırılır
22 Yanvar 2021, 14:22









