Modern.az

Tarixdə ilk dəfə Azərbaycan qazı Avropa bazarına ötürülür - TANAP-ın baş direktoru

Tarixdə ilk dəfə Azərbaycan qazı Avropa bazarına ötürülür - TANAP-ın baş direktoru

14 Yanvar 2021, 16:02

“Tarixdə ilk dəfə olaraq Azərbaycan tǝbii qazı TANAP-ın TAP ilə birləşmǝsi ilǝ Avropa bazarına ötürülür. 31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihəmizdə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib”.

Modern.az xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol azərbaycanlı jurnalistlər üçün keçirilən onlayn mətbuat konfransında bildirib.

 

Baş direktor deyib ki, gələcəkdə layihənin artan töhfələrini, yaratdığı dəyərləri qürurla izləməyə davam edəcəyik:

 

“Enerji sahəsində beynəlxalq işbirliyinin ən uğurlu layihələrindən biri olan, xüsusilə Avropa Birliyi üçün alternativ bir enerji koridoru yaratması baxımından strateji əhəmiyyət malik TANAP layihəsi, planlaşdırılan qrafikə uyğun olaraq tam vaxtında və proqnozlaşdırılan ilkin investisiyanın 45%-nǝ qənaət olunaraq başa çatdırılıb.

100%-lik bir səmərəliliklǝ fǝaliyǝtini davam etdirǝn layihəmiz ilǝ içindǝ yer aldığımız üçüncü tǝdarük ilindǝn başlayaraq istismar dövrünün sonunadǝk Türkiyǝyǝ hǝr il 6 milyard kubmetr, 2022-ci ildən etibarən də Avropaya hər il 10 milyard kub metr tǝbii qaz tədarük etməyi hədəfləyirik. Beləliklə, ölkələrimizə və layihə paydaşlarımıza davamlı iqtisadi, sosial və mədəni sǝmǝrǝ verməyə davam edəcəyik”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır