Modern.az

Ordudan tərxis olunan könüllü əsgər vəfat etdi

Ordudan tərxis olunan könüllü əsgər vəfat etdi

Aktual

17 Yanvar 2021, 23:35

Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

 

Modern.az "report"a istinadla xəbər verir ki, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

 

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar