Arxiv
18 Yanvar 2021, 11:08 | ÖLKƏ
Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyevə vaksin vuruldu - FOTOLAR

18 yanvar 2020-ci il tarixində Bakı Sağlamlıq Mərkəzində Səhiyyə naziri Oqtay Şirəliyev və nazirin iki müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və qurumların məsul əməkdaşları koronavirusa qarşı peyvənd olunublar.

 

Modern.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran nazir O. Şirəliyev bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır:

 

“Azərbaycan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini alıb. Vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilmişdir. Vaksin çox effektlidir və mənfi təsirləri olmayıb”.

 

Agentlik sədri Z.Əliyev qeyd edib ki, bu gündən etibarən respublikada koronavirusa qarşı vaksinasiyaya başlanılıb:

 

 ““Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən ilk növbədə əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulur. Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”.

 

Qeyd edək ki, sözügedən strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

 

Məlumat üçün bildirək ki, “CoronoVAC” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb. Vaksinin ölkəyə mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, bu gündən Azərbaycanda Çin istehsalı olan "CoronaVAC" vaksini ilə peyvəndlənmə həyata keçirilir.

Peyvəndləmə aşağıdakı ardıcıllıqla aparılacaq:

 

1-ci mərhələdə - Səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;


2-ci mərhələdə - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

-50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

-Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

-Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xarici jurnalistlər Bakıya gəldilər 25 Fevral 2021, 11:56 "Xocalı soyqırımını unutma!" mövzusunda videokonfrans təşkil edilib 25 Fevral 2021, 11:42 Onunçün öyrətdim ki, əlimi bu sənətə… 25 Fevral 2021, 11:36 İcra başçısı vətəndaşların problem və müraciətləri dinlədi - FOTOLAR 25 Fevral 2021, 11:32 Səbinə Əliyeva Avropa Şurasının üzvləri ilə görüşüb 25 Fevral 2021, 11:27 Lisey direktoru həbs edildi 25 Fevral 2021, 11:23 Ermənistan Rusiyanın köməyi ilə ordu islahatları aparacaq - Paşinyan 25 Fevral 2021, 11:21 Pakistanla Azərbaycana yeni aviareys açır 25 Fevral 2021, 11:20 İnsanın həyatını dəyişən KƏLAMLAR 25 Fevral 2021, 11:18 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 25 Fevral 2021, 11:13 Deputat: “Cümşüd Nuriyev və onun tayları bu dövlətin inkişafını istəmirlər” 25 Fevral 2021, 11:08 Xocalı Soyqırımı Pakistan mətbuatında geniş şəkildə işıqlandırılıb - FOTOLAR 25 Fevral 2021, 11:03 Laçın SES-in bəndi Azərbaycanın nəzarətinə keçdi 25 Fevral 2021, 10:58 Müxalifət Yerevanın mərkəzi küçələrini bağladı 25 Fevral 2021, 10:53 Qışa hazır olmayan avtobusların sürücüləri cərimələndi 25 Fevral 2021, 10:50 Srebrenitsa anaları Azərbaycanda... 25 Fevral 2021, 10:45 Macarıstan hökumətinə Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb 25 Fevral 2021, 10:40 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir   25 Fevral 2021, 10:37 "1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" - gerçək tarixin müzakirəsi 25 Fevral 2021, 10:32 Bu rayonlarda 17 dərəcə şaxta olub 25 Fevral 2021, 10:29 BirBank vasitəsilə Mastercard ilə NFC ödənişlər etmək mümkün oldu 25 Fevral 2021, 10:28 Planeti koronavirusun üçüncü dalğası BÜRÜYÜB 25 Fevral 2021, 10:27 İsveçrədəki soydaşlarımız cenevrəli deputatlara çağırış ediblər 25 Fevral 2021, 10:23 Kiyevdə Xocalı soyqırımından bəhs edən film təqdim edilib 25 Fevral 2021, 10:20 Qarlı havada Bakıda ən çox qəza hansı yolda olub? - rəsmi cavab   25 Fevral 2021, 10:15 Həmkarlar Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb 25 Fevral 2021, 10:10 Bakının yolları səhərə kimi qardan təmizlənib - FOTOLAR 25 Fevral 2021, 10:05 Azərbaycan nefti 67 dollara yaxınlaşır 25 Fevral 2021, 10:00 Əsas avtomobil yollarında son VƏZİYYƏT 25 Fevral 2021, 09:54 Yol qəzalarında 1 nəfər ölüb, 17 nəfər yaralanıb   25 Fevral 2021, 09:48 13 evdən 40 min manatlıq oğurluq edənlər saxlanıldı 25 Fevral 2021, 09:42 Koronavirusa yoluxanların sayı 13 milyonu keçdi 25 Fevral 2021, 09:36 "Brent" neftin qiyməti BAHALAŞDI 25 Fevral 2021, 09:30 Hava şəraiti ilə əlaqədar yollarda 41 qəza baş verib 25 Fevral 2021, 09:24 Bəzi məktəblərdə dərslər təxirə SALINDI 25 Fevral 2021, 09:18