Arxiv
19 Yanvar 2021, 13:38 | İQTİSADİYYAT
Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edildi

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti ölkənin “Gədəbəy” müqavilə sahəsinin mərkəzində yerləşən yeni “Zəfər” adlanan qızıl-mis yatağını kəşf edib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

 

Məlumata görə, "Anglo-Asian Mining Plc." şirkətinin kəşfiyyat qrupu Gədəbəy müqavilə sahəsində “Zəfər” adlı yeni porfir mis-qızıl yatağı aşkar edib: “Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir. Sahə kəşfiyyat və xəritələşdirmə yolu ilə müəyyənləşdirilib. Aparılan qazma işləri nəticəsində üç minerallaşmış zona müəyyən edilib. Ümumilikdə 6 775 metr dərinlikdə cəmi 12 quyu qazılıb”.

 

Bildirilir ki, hazırda yeni yataqda qazma işləri davam etdirilir və zərurət yaranarsa geofiziki işlər aparılacaq: “2020-ci ildəki işlərin nəticələrinə əsasən yatağın potensialının ilkin qiymətləndirilməsi təqribən 6 milyon ton minerallaşmış daşdır. Şirkət gələcək hasilat və istehsalı müəyyən etmək üçün iqtisadi məqsədəuyğunluğunu müəyyənləşdirmək üçün yatağın minerallaşmasının davamlılığını qiymətləndirməyə davam edəcək”.

 

"Anglo-Asian Mining Plc." şirkətinin Baş direktoru və prezident Rza Vəziri bildirib ki, bu kəşf şirkətin “Gədəbəy” müqavilə sahəsinin davamlı potensialına və kəşfiyyat proqramlarının səmərəliliyinə inamını nümayiş etdirir.

 

Onun sözlərinə görə, şirkət yeni kəşfin ehtiyatlarını JORC Məcəlləsinə əsasən qiymətləndirmək və sahəni kommersiyalaşdırmağın ən yaxşı yolunu müəyyənləşdirmək üçün işləyir.

 

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

 

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentin göstərişilə diplomatik korpus nümayəndələri Qarabağa getdilər 6 mart 2021, 09:00 Alimlər Yer kürəsi yaxınlığında nəhəng planet aşkarladılar 6 mart 2021, 08:56 ABŞ prezidenti Ərdoğana zəng edəcək 6 mart 2021, 08:51 Bayden İrana qarşı sanksiyaları daha 1 il uzatdı 6 mart 2021, 08:46 Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzatdı 6 mart 2021, 00:55 Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək 6 mart 2021, 00:39 Tokio Olimpia Oyunları yenidən təxirə salınmayacaq 6 mart 2021, 00:24 Rəsulzadənin anım günüdür 6 mart 2021, 00:11 Ölkədə ictimai nəqliyyat üç gün işləməyəcək 6 mart 2021, 00:00 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 mart 2021, 23:56 Somalidə güclü partlayış - 20 ölü, 30-dan çox yaralı var 5 mart 2021, 23:46 Naftalanda gənc qadın dəm qazından zəhərləndi 5 mart 2021, 23:38 Gəncədə ağır yol qəzası - VİDEO 5 mart 2021, 23:25 Bakı, Sumqayıt və Abşeronda mart ayının pensiyaları köçürüldü  5 mart 2021, 23:16 Ukrayna və Gürcüstan NATO-ya üzv olacaq 5 mart 2021, 23:08 “Biz təkcə yeddi rayonu azad etməmişik” - İlham Əliyev 5 mart 2021, 23:00 “Muğan Bank”da yanğın - FOTO 5 mart 2021, 22:51 Dünyada qum qıtlığı gözlənilir 5 mart 2021, 22:38 Pakistan Hava Yolları Bakıya birbaşa uçuşlara başlıyır 5 mart 2021, 22:25 YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI 5 mart 2021, 22:11 Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq - Prezident AÇIQLADI 5 mart 2021, 21:59 BP şirkətində yeni təyinat 5 mart 2021, 21:48 Mübariz Mənsimovun azadlıqdan ilk videosu 5 mart 2021, 21:34 Prezident Tofiq Nağıyevi təltif etdi 5 mart 2021, 21:21 İlham Əliyev: Bir neçə partiyanın YAP-a birləşməsi partiyamızı gücləndirəcək - TAM MƏTN 5 mart 2021, 21:10 “Real Madrid” Ronaldoya qanunsuz ödəniş edib 5 mart 2021, 20:59 XİN məlumat yaydı 5 mart 2021, 20:48 İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi 5 mart 2021, 20:41 Mingəçevirdə məktəbli oğlan itkin düşdü - FOTO 5 mart 2021, 20:30 Ceyhun Bayramov Zoltan Hernyeşlə görüşdü - FOTO 5 mart 2021, 20:17 Zirehli maşınlar təlimə çıxarıldı - VİDEO 5 mart 2021, 20:04 Türkiyə və Yunanıstan hərbçiləri danışıqlar apardı 5 mart 2021, 19:55 Ermənistan ordusunun Baş Qərargahından növbəti AÇIQLAMA 5 mart 2021, 19:43 Gəncədə miktoavtobus aşıb, yaralılar var 5 mart 2021, 19:35 TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir 5 mart 2021, 19:24