Arxiv
19 Yanvar 2021, 15:48 | TƏHSİL
İstedadlı şagirdlər imtahan verdilər

Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta səviyyələrindən birini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunub.

 

İdarədən Modern.az-a verilən məlumata görə, qeydiyyatdan keçmiş şagirdlər hər fəndən 10 sual olmaqla, 3 saat ərzində biliklərini sınayıblar.

 

Nəticələr BŞTİ-nin təşkil etdiyi komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

 

Ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

 

Şagirdin müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi barədə valideynin məktəbə müraiətinə ibtidai təhsil səviyyəsi üzrə sinif müəllimi və məktəb psixoloqu, yuxarı təhsil səviyyələri üzrə isə müvafiq fənn müəllimlərinin (dil-ədəbiyyat, xarici dil, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, informatika) məktəbin direktoruna əsaslandırılmış birgə təqdimatı əsasında keçirilən Pedaqoji şurada baxılaraq qərar verilir. Pedaqoji şurada müsbət qərar qəbul edildiyi halda, müvafiq sənədlərlə yerli təhsili idarəetmə orqanına müraciət olunur. Bütün bunlardan sonra şagird eksternat imtahanında iştirak üçün qeydiyyata alınır.

 

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları” əsasında keçirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ay çəkilməsi Venesiyada vəziyyəti çətinləşdirdi - FOTO 2 mart 2021, 20:44 “Qarabağ” darmadağınla zirvəyə yüksəldi 2 mart 2021, 20:33 Komitə sədri Vətən Müharibəsi Qəhrəmanının atası ilə görüşdü - FOTO 2 mart 2021, 20:24 Ahıl qadının təqaüdünü oğurlayan yeznə və qaynı tutuldu - FOTO 2 mart 2021, 20:15 Azad edilən ərazilərin torpaq sahələrinin inventarlaşdırılması yekunlaşdı 2 mart 2021, 20:03 Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib 2 mart 2021, 19:52 ABŞ Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi 2 mart 2021, 19:45 Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil etdi 2 mart 2021, 19:38 “Eurovision-2021” məhdud səviyyədə keçiriləcək 2 mart 2021, 19:30 İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib 2 mart 2021, 19:22 “Aqrar Tədarük və Təchizat” ASC təlimlərə başlayıb - FOTOLAR 2 mart 2021, 19:15 Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb 2 mart 2021, 19:08 Bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi 2 mart 2021, 19:00 Bakının bu ərazilərdə tıxac var - SİYAHI 2 mart 2021, 18:52 Vətən müharibəsi qəhrəmanına təqaüd kartı verildi - FOTOLAR 2 mart 2021, 18:45 Ermənilərin viran etdiyi Füzulinin Üçbulaq kəndi - VİDEO 2 mart 2021, 18:38 Məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb 2 mart 2021, 18:30 Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb 2 mart 2021, 18:22 Dolların məzənnəsi sabit qaldı 2 mart 2021, 18:15 Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam İMZALADI 2 mart 2021, 18:08 Ərdoğan Bahçeli ilə görüşdü 2 mart 2021, 18:00 Nazirlik itkin düşən hərbçilərin SİYAHISINI yenilədi 2 mart 2021, 17:55 Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub - FOTO 2 mart 2021, 17:49 90 yaşlı Qorbaçov: “Həyatımda 2 böyük sevgi olub” 2 mart 2021, 17:43 Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin yeni SİYAHISI 2 mart 2021, 17:41 Hərbi qulluqçuların maaşı artırıldı: 50 və 100 faiz - RƏSMİ 2 mart 2021, 17:37 AZAL ləğv edilən biletlərin taleyi ilə bağlı məlumat YAYDI 2 mart 2021, 17:32 Qasparyanın “kitabı bağlandı” - Paşinyanın planı gerçəkləşir... 2 mart 2021, 17:27 Saxta "general" azadlığa BURAXILDI 2 mart 2021, 17:22 Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ 2 mart 2021, 17:17 "Quş qripi"nin Azərbaycanda yayılma riski artıb 2 mart 2021, 17:12 Yeni evlərin qazlaşdırılması başa çatdı - FOTOLAR 2 mart 2021, 17:07 Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu - Deputat 2 mart 2021, 17:02 Deputat aylıq hesabat verdi 2 mart 2021, 16:57 Müxalifət Armen Sarkisyandan görüş TƏLƏB EDİR 2 mart 2021, 16:55