Arxiv
19 Yanvar 2021, 19:10 | AKTUAL
BNA-də müharibədən qayıdan əməkdaşlarla görüş keçirilib

Bakı Nəqliyyat Agentliyində Vətən müharibəsinin iştirakçısı olan əməkdaşlarla görüş keçirilib.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.

 

Görüşün 20 Yanvar faciəsinin il dönümünə təsadüf etdiyini xatırladan Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli 31 il əvvəl baş verənlərin tarixə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib.

 

İdarə Heyətinin sədri vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində 44 günlük Vətən Müharibəsi tarixi qələbəmizlə nəticələndi. Bu möhtəşəm Zəfər tarixə qızıl hərflərlə qəhrəmanlıq salnaməsi kimi yazılacaqdır.

 

Şanlı Ordumuzun sıralarına qoşularaq tarixi Zəfərimizin qazanılmasına töhfələrini verən əməkdaşlara öz təşəkkürünü və xoş arzularını çatdıran sədr ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

 

Bildirilib ki, pandemiya ilə mübarizədə ön sırada yer alan Bakı Nəqliyyat Agentliyi Vətən Müharibəsi zamanı da arxa cəbhədə bütün imkanlarını səfərbər edib. Səfərbərliyə çağırılan vətəndaşların daşınması ilə bağlı nəqliyyat əməliyyatları Agentlik tərəfindən icra edilib. Vətən Müharibəsindən öncə təşkil edilən “Hər şey vətən üçün” aksiyası çərçivəsində qısa vaxtda 83 yük avtomobili ilə 65 mindən artıq təkər cəbhə bölgəsinə yola salınıb.



Qeyd edək ki, Vətən müharibəsində Bakı Nəqliyyat Agentliyinin 19 əməkdaşı iştirak edib. 2 nəfər Prezident İlham Əliyevin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunublar. Təltif olunanlardan hər biri iki medala layiq görülüb. Döyüşlərdə fərqləndiklərinə görə 6 nəfər isə qulluq etdikləri hərbi hissələrin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilib.

 

Görüşdə çıxış edən müharibə iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlara qatılaraq, doğma yurd yerlərimizin düşməndən azad edilməsində iştirak etdiklərinə görə şərəf və fəxr hissi keçirdiklərini bildiriblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paytaxtda piyadanı maşın vurdu 4 mart 2021, 00:38 Teledərslərin bu günə olan CƏDVƏLİ 4 mart 2021, 00:31 Şəmkirdə 16 yaşlı qız ikinci mərtəbədən yıxıldı 4 mart 2021, 00:20 Bakıda iki maşın toqquşdu - xəsarət alan var 4 mart 2021, 00:08 Türkiyədə bir gündə virusdan 65 nəfər öldü 3 mart 2021, 23:59 Vazgen Manukyana cinayət işi açıldı 3 mart 2021, 23:47 Qori seminariyasının kiçik modeli - Uluxanlı məktəbi 140 yaşında 3 mart 2021, 23:40 Neft bahalaşdı 3 mart 2021, 23:33 Snayperlər Paşinyanı belə qoruyur - VİDEO 3 mart 2021, 23:20 Portuqaliya - Azərbaycan matçı “Yuventus”un stadionunda keçiriləcək 3 mart 2021, 23:03 “Çoxdandır Mübariz İbrahimovun filmini çəkmək istəyirdim” - “Kurtlar Vadisi”nin rejissoru 3 mart 2021, 22:49 Ölkədə bu tarixlərdə ictimai nəqliyyat işləməyəcək - RƏSMİ 3 mart 2021, 22:34 Azərbaycan vətəndaşlarının İrana giriş şərtləri açıqlandı 3 mart 2021, 22:29 Özünü 17-ci mərtəbədən atan yeniyetmə sağ qaldı 3 mart 2021, 22:17 Azərbaycanda vəfat edənlərin yaş kateqoriyaları açıqlandı 3 mart 2021, 22:06 Komitə sədri bir qrup tanınmış və yeni nəsil yazarı ilə görüşdü - FOTO 3 mart 2021, 21:54 Lənkəranda oğul atasını bıçaqladı 3 mart 2021, 21:45 Dilavər Əzimli dəfn olundu - FOTO 3 mart 2021, 21:32 Oğuzda piyadanı maşın vurdu 3 mart 2021, 21:23 Hakim olmaq istəyən hüquqşünaslar imtahandan keçdilər 3 mart 2021, 21:14 Göyçay sakini dəm qazından boğuldu - FOTO 3 mart 2021, 21:00 “Neftçi” autsayderə qalib gəldi 3 mart 2021, 20:48 OPEC+ hasilatla bağlı razılaşa bilmədi 3 mart 2021, 20:39 Çavuşoğlu Müslüm Gürsəslə bağlı xatirələrindən danışdı – VİDEO 3 mart 2021, 20:26 Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi 3 mart 2021, 20:12 Gədəbəydə gənc qadın özünü asdı 3 mart 2021, 20:03 Bu ölkədə koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb 3 mart 2021, 19:47 Anar Kərimov azərbaycanlı incəsənət xadimləri ilə İstanbulda görüşdü 3 mart 2021, 19:30 General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni istəklə qeyd olundu 3 mart 2021, 19:26 Hərbçilərə əlavələr nə vaxt ödəniləcək? - Rəsmi cavab 3 mart 2021, 19:20 Vaksinasiya olunmaq istəməyən müəllimləri nə gözləyir? - AÇIQLAMA 3 mart 2021, 19:11 “Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub 3 mart 2021, 19:09 "Bakcell Arena"da işıqlar söndü, oyun yarımçıq dayandırıldı 3 mart 2021, 18:55 Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək 3 mart 2021, 18:46 Balakəndə itkin düşən azyaşlı tapıldı 3 mart 2021, 18:40