21 Yanvar 2021, 10:00 | TƏHSİL
Orta məktəblərdə I yarımil üzrə qiymətləndirmə başlandı - QAYDALAR
Xüsusi karantin dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkililə əlaqədar Təhsil Nazirliyi Kollegiyasının 2021-ci il 18 yanvar tarixli KQ-01 nömrəli qərarı ilə “Xüsui karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirənin) aparılmasının müvəqqəti Qayadası” təsdiq edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, bu barədə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Nərmin Nərminə Hüseynova tərəfindən orta ümumtəhsil məktəblərinə daxil olan Qaydaya əsasən, bu gündən orta məktəblərdə şagirdlərin 2020-2021-ci tədris ili üçün I yarım il üzrə qiymətləndirilməsinə başlanılıb.
Qaydaya görə:
II-XI sinfilərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada yarımilin sonunda bir dəfə olmaqla aparılır.
Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik balları və qiymətləri hesab olunur, sinif jurnalında müvafiq qaydada yazılır.
Üzrsüz səbəbdən summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanın həmin qiymətləndirmələr üzrə balı “0” qəbul olunur. Təhsilalan summativ qiymətləndirmədə üzrlü səbəbdən (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə, sürətli internet bağlantısı və ya internetə çıxışı olmadıqda, texniki imkanları məhdud olduqda) iştirak edə bilmədikdə, müvafiq qiymətləndirmə günündən sonra növbəti 1 ay müddətində onun üçün summativ qiymətləndirmə təşkil edilir. Sürətli internet bağlantısı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş tələblər gözlənilməklə şagirdin əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılması təmin olunur. Qeyd olunan müddətdə təhsilalanın qiyməti “0” qəbul olunur.
Distant formada summativ qiymətləndirmənin təşkili zamanı Microsoft Teams ilə yanaşı, Zoom, Whatsapp, Skype və s. digər elektron tətbiqlərdən istifadə oluna bilər.
Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında şagirdin əyani formada “İmtahanlar zamanı koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” nəzərə alınmaqla təmin edilməlidir.
Xüsusi karantin dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant formada təşkili qüvvədədir.
“Xüsusi karantin rejijmi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılmasının müəvəqqəti Qaydası” qüvvədə olduğu müddətdə “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası” bu Qaydaya zidd olmayan hissədə tətbiq edilir.
Bizi sosial şəbəkələrdə izləyin
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Buraxılış imtahandan 2 şagird xaric edildi
7 mart 2021, 16:28
Dövlət qulluğu imtahanı başa çatdı: 8 nəfər seçildi
7 mart 2021, 15:49
Güclü külək məktəbin dam örtüyünü uçurdu
7 mart 2021, 11:38
Şagirdlər üçün buraxılış imtahanı keçirilir
7 mart 2021, 08:59
Direktorluğa namizədlərin imtahanı dayandırıldı - Nazirlikdən AÇIQLAMA
6 mart 2021, 20:46
Buraxılış imtahanında açıq test tapşırıqlarından istifadə olunmayacaq
5 mart 2021, 09:16
Buraxılış imtahanında sualların sayı azaldıldı
4 mart 2021, 17:55
Tələbə köçürmələrinin nəticələri açıqlandı
4 mart 2021, 17:50
Kolleclərə tələbə qəbulu qaydası dəyişdi
4 mart 2021, 17:33
Baş nazirdən buraxılış imtahanları ilə bağlı QƏRAR
4 mart 2021, 17:24
Martın 7-də bu rayonların şagirdləri üçün buraxılış imtahanı keçiriləcək - SİYAHI
4 mart 2021, 13:26
Müəllimlərin vaksinasiyası BAŞLADI
4 mart 2021, 10:24
İdarə müdiri bağlanan məktəblərin taleyindən DANIŞDI
3 mart 2021, 17:21
Nazirlik direktorların işə qəbulu ilə bağlı məlumat yaydı
3 mart 2021, 16:52
Təhsil işçilərinin vaksinasiyası BAŞLADI
3 mart 2021, 14:50
Bağlanan məktəblərdən birinin fəaliyyəti bərpa olundu
3 mart 2021, 13:35
Bakıda daha bir məktəb BAĞLANDI
3 mart 2021, 10:16
Magistratura imtahanlarının nəticələri AÇIQLANDI
2 mart 2021, 16:31
Təhsil Nazirliyindən məktəblərin bağlanması xəbərinə REAKSİYA
2 mart 2021, 13:19
8 Mart üçün pul yığsalar, bu nömrəyə zəng vurun! - Nazirlik
2 mart 2021, 11:10
Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs oldu
1 mart 2021, 12:36
DİM bir nəfər üçün imtahan keçirib
1 mart 2021, 12:30
Bu siniflərin şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək
1 mart 2021, 10:55
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı başa çatdı
28 Fevral 2021, 15:40
Bu gün magistraturaya qəbul imtahanı keçirilir
28 Fevral 2021, 07:35
Daha bir məktəb koronavirusa görə bağlandı
27 Fevral 2021, 22:01
Bu tələbələr Vətən müharibəsində şəhid oldular, diplom ala bilmədilər
26 Fevral 2021, 17:32
Bazar günü magistratura imtahanları KEÇİRİLƏCƏK
26 Fevral 2021, 13:00
Bu gün bütün məktəblərdə birinci dərs Xocalı faciəsinə həsr olunub - Nazir
26 Fevral 2021, 09:06
Onunçün öyrətdim ki, əlimi bu sənətə…
25 Fevral 2021, 11:36
Bəzi məktəblərdə dərslər təxirə SALINDI
25 Fevral 2021, 09:18
Milli qiymətləndirmədə şagirdlərin nəticələri - Ən yaxşı və ən pis bölgələr
24 Fevral 2021, 16:14
Qarlı havaya görə bəzi məktəblərdə dərslər təxirə salındı
24 Fevral 2021, 09:05
Cənub regionunda yeni təhsil müəssisələri inşa olunur - FOTOLAR
23 Fevral 2021, 19:16
20 gündə 225 şagird, 159 işçi heyəti koronavirusa yoluxub - Təhsil Nazirliyi
23 Fevral 2021, 15:00
Bakıda daha bir məktəb BAĞLANDI
23 Fevral 2021, 08:59
Murad Camalzadə işdən çıxdı
22 Fevral 2021, 18:28
Müəllimlərin işə qəbulu üzrə müsahibələr başa çatdı
22 Fevral 2021, 14:26
Həmyerlimiz İsveçin futbol klubu ilə müqavilə imzaladı - FOTO
22 Fevral 2021, 13:25
Gəncləri peşə təhsilinə necə təşviq edək...
22 Fevral 2021, 09:00