Modern.az

AŞPA-nın qış sessiyası başlayır: “Bu dəfə qalib xalq kimi çıxış edəcəyik”

AŞPA-nın qış sessiyası başlayır: “Bu dəfə qalib xalq kimi çıxış edəcəyik”

Parlament

21 Yanvar 2021, 11:31

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası 25-28 yanvar 2021-ci il tarixlərində hibrid formatda (birbaşa və onlayn iştirak) keçiriləcək.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan nümayəndə heyəti qış sessiyasına qatılacaq:


“Hələ ki AŞPA-nın qış sessiyasına onlayn qatılmağı planlaşdırırıq”.


Səməd Seyidovun sözlərinə görə, gündəlikdə birbaşa Azərbaycanla bağlı məsələ yoxdur:


“Bu heç də o demək deyil ki, AŞPA-nın qış sessiyasında Azərbaycan məsələsi müzakirə olunmayacaq. Azərbaycan məsələsi müzakirə olunmasa belə, bu məsələni gündəmdə saxlayacağıq. Bu dəfə əsas mövzumuz Qarabağa qayıdış, humanitar məsələlər, ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər olacaq. Bu dəfə qalib xalq kimi çıxış edəcəyik”.

Qış sessiyası zamanı Avropa Şurası baş katibinin müavini, assambleyanın sədri, Yunanıstan və İsveçrə üzrə Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək. Bu seçkilər fərdi elektron səsvermə yolu ilə keçiriləcək. Bundan əlavə, Almaniyanın Avropa Şurası Nazirlər Komitəsindəki sədrliyi çərçivəsində Almaniyanın xarici işlər naziri Hayko Maas Assambleyada çıxış edəcək və iştirakçıların suallarını cavablandıracaq.   

Sessiyada həmçinin  COVID-19 peyvəndi də müzakirə olunacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü