Modern.az

Bakıda 11 maşın bir-birilə toqquşdu - xəsarət alanlar var

Bakıda 11 maşın bir-birilə toqquşdu - xəsarət alanlar var

Hadisə

22 Yanvar 2021, 09:00

Bakının Xəzər rayonunda yolun buz bağlaması yol qəzasına səbəb olub.

 

Modern.az APA-ya istinadən bildirir ki, hadisə Mərdəkan qəsəbəsindən şəhərin mərkəzi istiqamətində olan körpünün üzərində baş verib.

 

Əvvəlcə yolun buz bağlaması "VAZ 2107" markalı avtomobil sürücüsünün sükana nəzarətini itirməsinə səbəb olub. Avtomobil arakəsməyə çırpılaraq iki yerə bölünüb. Daha sonra yolun sürüşkən olması 10 avtomobilin toqquşması ilə nəticələnib. Qeydə alınan qəza zamanı ümumilikdə 8 nəfər xəsarət alıb.

 

Əraziyə-hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib. Hazırda körpünün üzərində hərəkət məhdudlaşdırılıb. AAYDA-nın xüsusi texnikası vasitəsilə yola qum və duz səpilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır