Arxiv
22 Yanvar 2021, 16:10 | AKTUAL
Həmkarlar Konfederasiyasından “Qarabağ Dirçəliş Fondu”na 100 min manat ianə

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları Koronavirus pandemiyası və Vətən müharibəsi dövründə daim dövlətimizin  yanında olmuş, milli həmrəylik nümayiş etdirmiş, Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə və onların ailələrinə diqqət və qayğı göstərilməsini başlıca istiqamətə çevirmiş, Ali Baş Komandanımızın bütün addımlarını dəstəkləmişdir.

AHİK və onun üzv təşkilatları tərəfindən pandemiya dövründə ümumilikdə 6.065.988 manat məbləğində maddi və ərzaq yardımları göstərilmişdir. O cümlədən, AHİK Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 110 min manat, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyin hesabına 205 min manat vəsait köçürmüş, 54.328 aztəminatlı ailəyə 1.517.825 manatlıq yardım etmiş, 76 şəhər və rayonda yaşayan 3900 ailəyə 68 ton ərzaq sovqatları paylamışdır. Yaşı 65-dən çox olan 45.919 nəfər ehtiyac sahiblərinə, imkansız həmkarlar ittifaqı üzvlərinə 3.152.625 manat məbləğində maddi yardım göstərilmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 936.628 manatlıq qoruyucu vasitələr paylanmışdır. Həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından Koronavirusla Mübarizə Fonduna ümumilikdə 458.920 manat vəsait köçürmüşlər.

 

AHİK və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi dövründə 3 milyon 424 min 312 manat xərclənmişdir. O cümlədən, AHİK İcraiyyə Komitəsinin 5 oktyabr tarixli qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 350 min manat ianə edilmiş, İcraiyyə Komitəsinin digər qərarı ilə Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 150 min manat köçürülmüşdür.    

  

Sahə həmkarlar ittifaqları tərəfindən 1.380.687 manatlıq maddi yardım göstərilmiş, Silahlı Qüvvələrə Yardım Fonduna 1.005.875 manat vəsait köçürülmüş, “Yaşat” Fonduna 537.750 manat ianə edilmişdir.

 

AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə, aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatı verilməsi məqsədilə “Regional İnkişaf” İctimai Birliyinin hesabına 500 min manat vəsait köçürülmüşdür. 

 

Ümumilikdə, AHİK və onun üzv təşkilarları tərəfindən Pandemiya və Vətən müharibəsi dövründə 10 milyon manata yaxın vəsait xərclənmişdir.

 

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə "Qarabağ Dirçəliş Fondu” yaradılmışdır.

 

AHİK-in İcraiyyə Komitəsinin 19 yanvar 2021-ci il tarixli qərarı ilə “Qarabağ Dirçəliş Fondu”na 100 min manat məbləğində vəsait köçürülmüşdür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Külək Bakı-Ələt yolunda hərəkət edən TIR-ı aşırdı - FOTO 7 mart 2021, 13:19 Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü 7 mart 2021, 13:13 Türkiyə və Avropa - Məhəmməd Əmin Rəsulzadənin MƏQALƏSİ 7 mart 2021, 13:08 Qonşusunun evində oğluna toy etdi, polis gəldi 7 mart 2021, 13:00 9 minə yaxın hərbçimiz peyvənd olunub 7 mart 2021, 12:53 Azərbycanda işləyən qadınların yaş STATİSTİKASI 7 mart 2021, 12:51 Sabahın havası: dağlıq ərazilərdə qar yağacaq 7 mart 2021, 12:45 Ciddi xəstəliyin xəbərçisi olan “zərərsiz” əlamət açıqlandı 7 mart 2021, 12:34 Marketin damı qaz xəttinin üstünə aşdı, 600 abonent qazsız qaldı 7 mart 2021, 12:23 “YAP-la bağlı adama nə qədər sual verərlər…” - Eldar Sabiroğlu partiyada qalır? 7 mart 2021, 12:17 Sarkisyan müxalifət liderləri ilə növbəti görüş istədi 7 mart 2021, 12:15 Xərçəngin qənimi: Pomidor, brokkoli və zəncəfil... 7 mart 2021, 12:12 Gəncədə ər və arvad dəm qazından zəhərləndi 7 mart 2021, 12:05 Avstriyanın səhiyyə nazirindən “pandemiyada pandemiya” xəbərdarlığı 7 mart 2021, 11:58 Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlandı 7 mart 2021, 11:49 Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirildi 7 mart 2021, 11:44 Güclü külək məktəbin dam örtüyünü uçurdu 7 mart 2021, 11:38 İTBAŞI (18-ci bölüm) 7 mart 2021, 11:34 Ermənistan virusun cəngində: yoluxma artdı 7 mart 2021, 11:18 Şirvan xanlığının TARİXİ 7 mart 2021, 11:14 Gürcüstanda  koronavirusdan ölənlərin sayı artdı 7 mart 2021, 11:08 Azərbaycanlı səfir haqqında yayılan xəbərə sərt reaksiya verdi: “Satqın və yaramaz jurnalistlər...”  7 mart 2021, 10:51 Xocalının ən yaşlı sakini: “Şükür Allaha, bu qələbəni görməyi mənə nəsib etdi” - MÜSAHİBƏ 7 mart 2021, 10:50 İsveçrədə hicab qadağası ilə bağlı referendum keçirilir 7 mart 2021, 10:47 Məmur olmaq istəyənlər imtahan verir 7 mart 2021, 10:39 Türkiyənin təhlükəsizlik qüvvələrindən 2 milyon dollarlıq PKK əməliyyatı 7 mart 2021, 10:28 Gürcüstanda 14 yaşlı uşağa təcavüz edən daha bir nəfər saxlanıldı 7 mart 2021, 10:20 "Taliban" 7 əfqan hərbçisini qətlə yetirdi 7 mart 2021, 10:10 Füzulinin Qarakollu kəndindən VİDEO 7 mart 2021, 10:00 Şəmkirin DYP rəisi vəzifəsindən azad edildi 7 mart 2021, 09:51 Bakıda bədbəxt hadisə: işçinin qolu amputasiya olundu 7 mart 2021, 09:45 BMT-nin Baş katibi Moqadişodakı teraktı pislədi 7 mart 2021, 09:38 Bakı sakini evində bıçaqlandı 7 mart 2021, 09:28 Sərnişin stüardessaya hücum çəkdi - təyyarə məcburi eniş etdi 7 mart 2021, 09:20 Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə peyvəndə dair sənəd qəbul etdi 7 mart 2021, 09:12