Modern.az

Kərki kəndindəki ermənilər TƏŞVİŞDƏ - Azərbaycana qaytarılmasına hazırlıq gedir

Kərki kəndindəki ermənilər TƏŞVİŞDƏ - Azərbaycana qaytarılmasına hazırlıq gedir

22 Yanvar 2021, 16:55

Naxçıvanın Ermənistan işğalında qalan Kərki kəndində yaşayan ermənilər kəndin Azərbaycana qaytarılması üçün hazırlığın getdiyini deyirlər. (Yerkramas saytı).


Ermənilər bildirir ki, noyabrın 13-də Tiqranaşen (ermənilər Kərkini belə adlandırır) yaxınlığında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) post quraşdırıb.

Hərçənd, FSB-nin qurduğu post Naxçıvanı Azərbaycanın qərb bölgəsi ilə birləşdirəcək ikinci dəhlizin açılması ilə bağlı da ola bilər. Ermənilər isə bunun kəndin qaytarılmasına hazırlıq olduğunu deyirlər.

Strateji əhəmiyyəti olan Kərkinin qaytarılması Azərbaycana bir sıra üstünlük qazandıracaq:

  1. İrəvan-Qafan-Mehri-İran yolunun kənddən keçən hissəsi Azərbaycanın nəzərətinə keçəcək;
  2. Bu kənd Ermənistanın Sünikə (Zəngəzur) girişi hesab olunur;
  3. Gorus-Qafan-Mehri yolunun bir qismi artıq Azərbaycanın nəzarətindədir.

Qazaxın işğalda olan 7 kəndinin, xüsusilə anvlav olan Barxudarlı və Aşağı Əskiparanın qaytarılması isə Ermənistanın Noyemberyan rayonu ilə İcevanı birləşdirən, Göyçəyə çıxış olan yola nəzarəti itirməsi deməkdir.

Beləliklə, Azərbaycan Ermənistanın əsas nəqliyyat mərkəzlərinin bir hissəsinə nəzarət imkanı qazana bilər.

 

Asif Nərimanlı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir