Arxiv
23 Yanvar 2021, 17:17 | AKTUAL
Kamal Abdullanın romanı Almaniyada çap olundu

Xalq yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Almaniyada çap olunub. Bu barədə kitabın redaktoru, Almaniyada yaşayan həmyerlimiz, yazıçı-araşdırmaçı Orhan Aras məlumat verib. O, bildirib ki, roman türkoloq Herman Kielin tərcüməsində işıq üzü görüb.

 

"Amazon", "Booklooker”, “Buchkatalog.de”, “Thalia.de” kimi böyük kitab satış saytlarında “Das Unvollstandige manuskript” adı ilə alman oxucularına təqdim olunan roman "Epubli" nəşriyyatında işıq üzü görüb. 

 

Kitabın rəssamı Soltan Soltanlıdır. Nəşriyyat “Yarımçıq əlyazma” romanını “Alman oxucu bu romanda Şərqin özünəməxsus rəngini görəcək və fərqli bir tarixi dövrünə şahidlik edəcək” təqdimatı ilə oxucuların ixtiyarına verib. 

 

Qeyd edək ki, 2020-ci ildə yazıçının “Sehrbazlar dərəsi” romanı da Almaniyada yayımlanıb.

 

Kamal Abdullanın ədəbi-bədii irsində vacib yer tutan roman yaradıcılığı "Yarımçıq əlyazma" ilə başlayıb. Müasir Azərbaycan ədəbiyyatında hadisə sayılan, ədəbiyyatşünas, mədəniyyətşünas və tənqidçilərin bədii-estetik səviyyəsinə, ədəbi siqlətinə görə yüksək nümunə kimi dəyərləndirdiyi bu əsər Bakıda ilk dəfə 2004-cü ildə çap olunub.

 

"Yarımçıq əlyazma"nın ədəbi taleyi təkcə Azərbaycanla bağlı olmayıb. Çap olunduğu ölkələrin sayına görə dünya ədəbiyyatının həqiqi faktına çevrilən roman - Fransa, Rusiya, Türkiyə, Braziliya, Polşa, Misir, Amerika, Qazaxıstan, Avstriya, Qırğızıstan, İtaliya, Gürcüstan, Monteneqro və Yaponiyada çap olunub.

 

Azərbaycanda tənqidçilərin müxtəlif müzakirə və mübahisələrinə səbəb olan, ətrafında çeşidli ədəbi qalmaqallar yaranan bu əsər 2007-ci ildə "525-ci qəzet"in "İlin romanı", Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin "Son 10 ilin ədəbi əsəri", 2007-ci ildə "Humay" mükafatlarına layiq görülüb. 21 sentyabr 2015-ci ildə "Yarımçıq əlyazma" İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi "Scanno" mükafatının ("Skanoprize") ədəbiyyat üzrə xüsusi prizini ölkəmizə gətirib.

 

Xüsusilə qeyd etmək lazımdır ki, bu əsər çap olunduğu xarici ölkələrdə uğurlu nəşr həyatı yaşayaraq müxtəlif illərdə Fransada (2003, 2005), Türkiyədə (2006, 2014), Rusiyada (2006, 2013), İtaliyada (2014, 2015) təkrar çap edilib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ermənistandakı çevriliş cəhdini qınayırıq” - Türkiyə prezidentinin sözçüsü 25 Fevral 2021, 20:05 Peşə təhsili üzrə “Dərs vaxtı”nın fevralın 26-na olan cədvəli 25 Fevral 2021, 19:51 Rusiya Müdafiə Nazirliyindən “İsgəndər” AÇIQLAMASI 25 Fevral 2021, 19:40 Şoyqu Ermənistanın müdafiə nazirinə zəng etdi 25 Fevral 2021, 19:32 Ceyhun Bayramov İsrail səfirini qəbul edib 25 Fevral 2021, 19:17 Sabah bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq 25 Fevral 2021, 19:05 ATƏT sədri Azərbaycana səfər edəcək 25 Fevral 2021, 18:58 Ana Vətən Partiyasından Xocalı bəyanatı 25 Fevral 2021, 18:52 Vətən müharibəsi memorial kompleksinin ilk eksponatları - FOTOLAR 25 Fevral 2021, 18:40 Pakistanlı general Bakıya gəldi 25 Fevral 2021, 18:35 Ermənistan müxalifəti Paşinyanla dialoqu rədd etdi 25 Fevral 2021, 18:23 Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri... 25 Fevral 2021, 18:10 Bostonda Xocalı soyqırımı anılacaq 25 Fevral 2021, 18:03 İlham Əliyev “Dostluq” yatağı ilə bağlı yeni İşçi Qrup yaratdı - SİYAHI 25 Fevral 2021, 18:00 Prezident “Signify”  şirkətinin baş icraçı direktorunu videoformatda qəbul edib 25 Fevral 2021, 17:54 "Xocalı: Soyqırımın xroniikası" kitabı Ukrayna dilində təqdim edilib  25 Fevral 2021, 17:48 Həmvətənlərimiz Finlandiya parlamentinə müraciət edib 25 Fevral 2021, 17:42 “Xocalı fəryadı” adlı ədəbi-bədii musiqili kompozisiya hazırlanıb - FOTOLAR 25 Fevral 2021, 17:37 Əli Hüseynli: “Hərbi qulluqçular daim dövlətin diqqət mərkəzindədir”   25 Fevral 2021, 17:32 Srebrenitsa anaları Ağdam məscidində oldular 25 Fevral 2021, 17:29 Bu rayonlarda qarın yağması davam edir- FAKTİKİ HAVA 25 Fevral 2021, 17:28 Avtomobil yollarındakı son VƏZİYYƏT 25 Fevral 2021, 17:24 Xocalıda baş verənlər nə üçün soyqırımıdır? 25 Fevral 2021, 17:20 Azərbaycan və Çexiya parlament dostluq qrupları görüşdü 25 Fevral 2021, 17:17 Azərbaycanın milli parklarından qış mənzərələri - FOTOLAR 25 Fevral 2021, 17:12 Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar 25 Fevral 2021, 17:07 Yoluxanlar azaldı, sağalanlar artdı 25 Fevral 2021, 17:02 “Azəriqaz”da İctimai Şuranın təşkilinə dair ilk iclas keçirilib 25 Fevral 2021, 16:59 Paşinyan: “İstefa vermək barədə çox düşündüm amma...” 25 Fevral 2021, 16:55 VHP-dən Xocalı soyqırımı ilə bağlı bəyanat 25 Fevral 2021, 16:54 UNEC-də Xocalı soyqırımına aid beynəlxalq tədbir keçirilib 25 Fevral 2021, 16:53 Əfv Komissiyasının növbəti iclasının vaxtı açıqlandı 25 Fevral 2021, 16:50 Ombudsman 2020-ci il üzrə məruzəsini təqdim etdi 25 Fevral 2021, 16:44 Bu il İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə mənzillər veriləcək 25 Fevral 2021, 16:40 İlham Əliyev: “Xocalı qurbanlarının da qanı II Qarabağ müharibəsində alındı” 25 Fevral 2021, 16:35