Modern.az

Moskvadakı icazəsiz aksiyalara görə cinayət işi başlandı

Moskvadakı icazəsiz aksiyalara görə cinayət işi başlandı

24 Yanvar 2021, 08:45

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə komitənin paytaxt üzrə qərargah rəhbərinin baş köməkçisi Yuliya İvanova “RİA Novosti”yə bildirib.

 

Onun sözlərinə görə, cinayət işləri “Dövlət məmuruna qarşı güc tətbiq etmə”, "Əmlakın qəsdən məhv edilməsi və ya zərər vurulması” və “Xuliqanlıq” maddələri əsasında qaldırılıb.

 

İstintaq məlumatına görə, Sretenski bulvarı ərazisində etirazçılar Rusiya Qvardiyasının əməkdaşını vuraraq onu yerə yıxıblar və döyüblər. Həmçinin naməlum şəxslər təhlükəsizlik əməkdaşlarına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.

 

Bundan başqa, Puşkinskaya meydanında icazəsiz aksiya iştirakçılarından biri OMON əməkdaşını bir neçə dəfə vurub.

 

Svetnoy bulvarında etirazçılar bir avtomobilin yolunu bağlayaraq, onu zədələyiblər, həmçinin sürücünün üzünə gözyaşardıcı qaz səpiblər.

 

“İstintaq çoxlu sayda foto və videomateriallar əsasında qeydə alınan qanunazidd hərəkətləri araşdırmağa və təhlil etməyə davam edir, araşdırma nəticələrinə görə icazəsiz aksiyada iştirak edənlərin hərəkətlərinə qiymət veriləcək. Hazırda istintaq hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi və aksiyada iştirak edən bütün şəxslərin tutulması istiqamətində bir sıra istintaq hərəkətlərini həyata keçirir”, - deyə İvanova əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi