Modern.az

İspaniyanın Qərargah rəisi peyvənd qalmaqalına görə istefa verdi

İspaniyanın Qərargah rəisi peyvənd qalmaqalına görə istefa verdi

Dünya

24 Yanvar 2021, 09:37

İspaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Miqel Anhel Vilyarroya yeni növ koronavirus infeksiyasına qarşı peyvənd edildikdən sonra yaranan narazılıqlara görə istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə “Europa Press” agentliyi məlumat yayıb.

 

General növbədənkənar vaksin vurdurmaqda günahlandırılır. Nəticədə Baş Qərargah rəisi Müdafiə naziri Marqarita Roblesə istefa ərizəsini təqdim edib. Nazir də öz növbəsində istefanı qəbul edib.

 

Miqel Anhel Vilyarroya müəyyən edilmiş protokol qaydalarını izlədiyini və tutduğu mövqedən istifadə etmədiyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu