Modern.az

Ölkədə karantin postları ləğv olundu

Ölkədə karantin postları ləğv olundu

Aktual

25 Yanvar 2021, 00:11

Azərbaycanda 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

 

Yanvarın 25-i saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarında giriş-çıxış bərpa olunub.

 

Qeyd edək ki, bununla da sözügedən şəhər və rayonların girişlərindəki karantin postları ləğv olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı