Arxiv
25 Yanvar 2021, 09:55 | AKTUAL
Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

Bu gün xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.

 

Modern.az xəbər verir ki, Hacı Zeynalabdin Tağıyev 25 yanvar 1823-cü ildə Bakıda dünyaya gəlib.

 

Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. 10 yaşında atası Tağıyevi bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 15 yaşında ikən Zeynalabdin bənnalıq etməyə başlayıb.

 

 

O, bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır, müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, şəxsən açdırdığı qızlar gimnaziyasının binasında da onun dəsti-xətti hiss edilir.

 

Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan biri idi.

 

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan “Hacı Zeynalabdin” şirkətini yaradır. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınır və burada neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və o, podratçılığı buraxaraq neft işinə başlayır.

 

Götürdüyü torpaqdan neft fəvvarə vuran Hacı “H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıraraq mədənində ustalara yüksək maaş verir və ən yeni avadanlıq quraşdırır.

 

Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o neft zavodları alır. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın təklif etdiyi göstərilir.

 

Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

 

Qeyd edək ki, xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb.

 

Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb.

 

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır. Hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.

 

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında (bəzi mənbələrə görə 86 yaşında) vəfat edib və sentyabrın 4-də dəfn edilib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası... 27 Fevral 2021, 14:21 Bu marşrut xəttinin hərəkət sxemi dəyişdirildi 27 Fevral 2021, 14:11 “Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir 27 Fevral 2021, 14:02 Yunanıstanda Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib 27 Fevral 2021, 13:58 “Israel Hayom” qəzeti: Azərbaycanlılar ermənilərin törətdiyi qırğını heç vaxt unutmayacaq 27 Fevral 2021, 13:54 Avropanın müxtəlif məscidlərində Xocalı qurbanlarının xatirəsinə dualar oxunub 27 Fevral 2021, 13:51 Gördüyümüz tək şey xarabalıqlar idi - Bosniya kanalının Ağdamdan REPROTAJI 27 Fevral 2021, 13:39 "Euronews" Azərbaycanda yaşayan Dağ Yəhudiləri haqqında reportaj hazırlayıb – VİDEO 27 Fevral 2021, 13:34 Əfv komissiyasının iclası: 100-dən çox müraciətə baxıldı 27 Fevral 2021, 13:31 Prezident ona fərdi təqaüdü verəcək 27 Fevral 2021, 13:25 Əli Əsədov sərəncam İMZALADI 27 Fevral 2021, 13:19 Xarici jurnalistlər Füzulidə minatəmizləmə işləri ilə tanış oldu - VİDEO 27 Fevral 2021, 13:10 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib 27 Fevral 2021, 13:06 Xarici jurnalistlər Füzuli və Cəbrayıldakı erməni vəhşiliyin öz gözləri ilə gördü 27 Fevral 2021, 12:53 Türkiyədə məktəblər bu tarixdə açılır 27 Fevral 2021, 12:46 Floridada Xocalı qurbanlarının xatirəsinə havaya şarlar buraxılıb 27 Fevral 2021, 12:37 Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub 27 Fevral 2021, 12:29 Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı 27 Fevral 2021, 12:21 Cenevrədə Xocalı soyqırımına həsr edilmiş aksiya keçirilib 27 Fevral 2021, 12:14 Bazar günü 16 dərəcəyədək isti olacaq 27 Fevral 2021, 12:03 Bakıda keçirilən yarmarkalardakı bəzi məhsulların qiymətləri – SİYAHI 27 Fevral 2021, 11:53 Niderlandın Life24 kanalında Xocalı soyqırımından danışılıb 27 Fevral 2021, 11:39 Tehran və Bakı üçün biznes və nəqliyyat sahəsində yeni imkanlar açılır – Mehr agentliyi 27 Fevral 2021, 11:37 Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ 27 Fevral 2021, 11:16 Metronun “8 Noyabr” stansiyası istismara hazırlanır   27 Fevral 2021, 11:01 Şəhər rəhbərliyi qazi və şəhid ailələri ilə görüşüb 27 Fevral 2021, 10:53 Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 27 Fevral 2021, 10:42 Bu il şəhid ailələrinə və müharibə əlillərinə nə qədər ev veriləcək? - AÇIQLAMA 27 Fevral 2021, 10:33 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 27 Fevral 2021, 10:17 Bu gün Əfv Məsələləri Komissiyası növbəti müraciətlərə baxacaq 27 Fevral 2021, 10:01 Paşinyana qarşı qiyam qaldıran general kimdir... - ŞƏRH 27 Fevral 2021, 09:54 ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib 27 Fevral 2021, 09:38 İTBAŞI (17-ci bölüm) 27 Fevral 2021, 09:37 Cəsur döyüşçülər: “Əsir götürdüyümüz erməni deyirdi ki, “Azərbaycan əsgərini belə bilmirdik”” - FOTOLAR 27 Fevral 2021, 09:28 Səudiyyə vəliəhdi jurnalistin qətlinə göstəriş verib – ABŞ kəşfiyyatı 27 Fevral 2021, 09:22