Modern.az

Qarabağ regional ədliyyə idarəsi nə iş görəcək? - AÇIQLAMA

Qarabağ regional ədliyyə idarəsi nə iş görəcək? - AÇIQLAMA

25 Yanvar 2021, 11:20

“İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair dövlət başçısının tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin olunması məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət Qərargah yaradılıb”.

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov bildirib.

O bildirib ki, vətəndaşların ədliyyə institutlarına əlçatanlığı məqsədilə ədliyyə idarəsi artıq fəaliyyətə başlayıb:

“Ədliyyə orqanlarının qarşısında duran digər vəzifələr müəyyən edilib və onların mütəşəkkil icrasına başlanılıb.

Qarabağ regional ədliyyə idarəsi Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, işğalçılığa və separatçılığa dəstək xarakteri daşıyan iqtisadi və digər qeyri-qanuni fəaliyyəti ilə bağlı milli və beynəlxalq qanunvericiliyin təhlili, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi məqsədilə yaradılıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?