Modern.az

“Böyük İyirmilik” sammiti Azərbaycana  yeni investisiya imkanları yaradacaq

“Böyük İyirmilik” sammiti Azərbaycana  yeni investisiya imkanları yaradacaq

25 Yanvar 2021, 16:23

II Qarabağ müharibəsində qalib olan Azərbaycanın “Böyük İyirmilik” (G20) ölkələrinin sammitində iştirakı böyük tarixi hadisədir.

 

Bunu Modern.az-a açıqlamasında deputat Vüqar Bayramov bildirib.

 

V.Bayramov Azərbaycanın ikinci dəfədir ki, “Böyük İyirmilik” (G20) ölkələrinin sammitinə dəvət olunduğunu diqqətə çatdırıb:


“Ölkəmiz ilk dəfə Antaliyada Türkiyə “Böyük İyirmilik” samiitinə ev sahibliyi edən zaman dəvət olunmuşdu. İtaliyanın, xüsusən də Avropa Birliyinə üzv olan ölkənin Azərbaycanı sammitə dəvət etməsi tarixi hadisədir. Bötüvlükdə sammitdə dünyanın ən böyük 20 aparıcı ölkəsinin rəhbərləri iştirak edir. Bu baxımdan sammit Azərbaycanın təqdimatı, strateji əlaqələrin daha da inkişaf etdirilməsi baxımından kifayət qədər əhəmiyyətli imkandır.

 

Eyni zamanda, G20 sammiti keçirilənədək, dəvət olunan ölkələr çox fərqli istiqamətlərdə, o cümlədən biznes, beyin üzrə ayrıca platformalarda iştirak etmək, əlaqələrini genişləndirmək, yeni əməkdaşlıq imkanları qazanır”.

 

Deputatın sözlərinə görə, tədbir sərmayələrin cəlb olunması baxımından da vacibdir:

 

“Çünki platformalarda iş daha sonra “Böyük İyirmilik” sammitində ölkə rəhbərinin iştirak etməsi Azərbaycan üçün nəticə etibarilə yeni investisiya imkanları deməkdir. Bu baxımdan tədbirdə iştirak Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar deməkdir. Ölkəyə daha çox sərmayənin cəlb edilməsi, eyni zamanda, birgə layihələrin işlənməsi üçün yeni imkanlar yaranacaq. Bu tədbir həm də ona görə tarixidir ki, praktik olaraq, Azərbaycan və İtaliya arasındakı dostluq və strateji münasibətlərin kifayət qədər yüksək səviyyədə olduğunu göstərir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir