Arxiv
25 Yanvar 2021, 17:11 | AKTUAL
Ceyhun Bayramov - Cavad Zərif görüşünün təfərrüatları AÇIQLANDI

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi nazir Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşünə dair məlumat yayıb.

Nazirlikdən Modern.az-a verilən məlumatda bildirilir ki, yanvarın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıya işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüş keçirib. Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional məsələlər ətrafında ətraflı müzakirələr aparılıb.


Nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan tarixi, mədəni, dini bağların ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil etdiyini vurğulayıb. İranın hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyi, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı İran İslam Respublikasının bütün səviyyələrdə, o cümlədən insanlar tərəfindən nümayiş etdirilən dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd olunub. Nazir Ceyhun Bayramov ölkələrimiz arasında münasibətlərin sıx olduğunu, hətta mövcud pandemiya şəraitində belə təmasların intensiv şəkildə davam etdirildiyini söyləyib.


Nazir Məhəmməd Cavad Zərif nümayiş etdirilən qonaqpərvərliyə görə təşəkkür edib. Onilliklər sonra Azərbaycanın ərazilərini işğaldan azad etdiyi bir vaxtda Bakıda səfərdə olmaqdan məmnunluq ifadə edib. Ərazilərin işğalına son verilməsinin bölgədə sülh, əmin-amanlıq və əməkdaşlıq üçün yaxşı fürsət yaratdığı və bu fürsətdən istifadə etmənin vacib olduğu qeyd edilib. Azərbaycan Respublikasının Prezidenti ilə görüşə məmnunluqla istinad edən Nazir Məhəmməd Cavad Zərif iki dövlətin rəhbərləri arasında çox faydalı münasibətlərin olduğunu vurğulayıb. Ikitərəfli münasibətlərin inkişafı üçün heç bir məhdudiyyətin olmadığı və iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə mövcud əməkdaşlığın xalqların mənafeyinə uyğun olduğu qeyd olunub.


Görüşdə nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər. Bölgədə yeni əməkdaşlıq imkanlarının açıldığı qeyd olunub, o cümlədən Şimal-Cənub və Cənub-Qərb nəqliyyat və tranzit dəhlizlərinin inkişafı perspektivləri xüsusilə vurğulanıb.


İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın fəaliyyəti, xüsusilə də Tehranda keçirilmiş sonuncu iclasın uğurlu nəticələrinə istinad edilərək, bu istiqamətdə fəaliyyətin iki qonşu ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət etdiyi bildirilib.


Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də üçtərəfli və dördtərəfli regional əməkdaşlıq formatlarında təmasların davam etdirilməsi mövzuları üzrə fikir mübadiləsi aparıblar.


Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gəncədə ər və arvad dəm qazında zəhərləndi 7 mart 2021, 12:05 Avstriyanın səhiyyə nazirindən “pandemiyada pandemiya” xəbərdarlığı 7 mart 2021, 11:58 Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlandı 7 mart 2021, 11:49 Gürcüstanda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirildi 7 mart 2021, 11:44 Güclü külək məktəbin dam örtüyünü uçurdu 7 mart 2021, 11:38 İTBAŞI (18-ci bölüm) 7 mart 2021, 11:34 Ermənistan virusun cəngində: yoluxma artdı 7 mart 2021, 11:18 Şirvan xanlığının TARİXİ 7 mart 2021, 11:14 Gürcüstanda  koronavirusdan ölənlərin sayı artdı 7 mart 2021, 11:08 Azərbaycanlı səfir haqqında yayılan xəbərə sərt reaksiya verdi: “Satqın və yaramaz jurnalistlər...”  7 mart 2021, 10:51 Xocalının ən yaşlı sakini: “Şükür Allaha, bu qələbəni görməyi mənə nəsib etdi” - MÜSAHİBƏ 7 mart 2021, 10:50 İsveçrədə hicab qadağası ilə bağlı referendum keçirilir 7 mart 2021, 10:47 Məmur olmaq istəyənlər imtahan verir 7 mart 2021, 10:39 Türkiyənin təhlükəsizlik qüvvələrindən 2 milyon dollarlıq PKK əməliyyatı 7 mart 2021, 10:28 Gürcüstanda 14 yaşlı uşağa təcavüz edən daha bir nəfər saxlanıldı 7 mart 2021, 10:20 "Taliban" 7 əfqan hərbçisini qətlə yetirdi 7 mart 2021, 10:10 Füzulinin Qarakollu kəndindən VİDEO 7 mart 2021, 10:00 Şəmkirin DYP rəisi vəzifəsindən azad edildi 7 mart 2021, 09:51 Bakıda bədbəxt hadisə: işçinin qolu amputasiya olundu 7 mart 2021, 09:45 BMT-nin Baş katibi Moqadişodakı teraktı pislədi 7 mart 2021, 09:38 Bakı sakini evində bıçaqlandı 7 mart 2021, 09:28 Sərnişin stüardessaya hücum çəkdi - təyyarə məcburi eniş etdi 7 mart 2021, 09:20 Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi ilə peyvəndə dair sənəd qəbul etdi 7 mart 2021, 09:12 ABŞ-da üç günahsız məhbus 20 ildən sonra sərbəst buraxıldı 7 mart 2021, 09:05 Şagirdlər üçün buraxılış imtahanı keçirilir 7 mart 2021, 08:59 Roma Papası Fransisk İraqa ilk səfərini reallaşdırdı 7 mart 2021, 08:51 "Barselona" səfərdə qələbə qazandı 7 mart 2021, 02:01 Fransada polislə toqquşmalar 7 mart 2021, 01:00 Avropa rus qazının alışını artırır 7 mart 2021, 00:49 Cənubi Amerika zonasının oyunları təxirə salındı - DÇ-2022 7 mart 2021, 00:35 ÜST koronavirusla bağlı son statistikanı açıqladı 7 mart 2021, 00:21 Levandovski het-trik etdi, “Bavariya” qazandı 7 mart 2021, 00:08 Göygöldə qəza - xəsarət alanlar var 6 mart 2021, 23:56 Sülhməramlılar erməni qadınlara çiçək bağışladı - FOTO 6 mart 2021, 23:41 Tvitterin qurucusu ilk tvitini hərraca çıxardı 6 mart 2021, 23:28