Arxiv
26 Yanvar 2021, 12:16 | ÖLKƏ
Azərbaycan 1200 erməni hərbçinin cəsədini qaytarıb - Prezidentin köməkçisi

Vaşinqtonda fəaliyyət göstərən ən nüfuzlu “beyin mərkəzləri”ndən biri – “Atlantik Şurası” (“Atlantic Council”) Ermənistan-Azərbaycan müharibəsinin yekunlarına və münaqişədən sonrakı dövrdə regional əməkdaşlığın perspektivlərinə həsr edilmiş onlayn-seminar keçirib.

 

Modern.az-ın məlumatına görə, moderatoru “Atlantik Şurası” nəzdində Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst olan tədbirdə mərkəzin və auditoriyanın suallarını Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavablandırıb.

 

Hikmət Hacıyev deyib ki, Ermənistan ilə Azərbaycan arasında 44 günlük müharibə nəticəsində Yerevanın son 26 ildə sui-istifadə etdiyi qondarma “status-kvo” ləğv edilib və bundan sonra Cənubi Qafqazda qarşıdurma əməkdaşlığa və regional inteqrasiyaya transformasiya olunmalıdır. Prezidentin köməkçisi 2020-ci ilin sentyabr ayında hərbi əməliyyatlara hansı tərəfin başlaması barədə suala cavab verərək qeyd edib ki, sonuncu silahlı münaqişənin səbəblərini aydınlaşdırmaq üçün müharibəyə gətirib çıxarmış şəraiti nəzərdən keçirmək lazımdır. Ermənistan və Azərbaycan liderlərinin Düşənbədəki görüşündən sonra Prezident İlham Əliyev xoş məram nümayiş etdirərək Ermənistanın baş nazirinin Dağlıq Qarabağ münaqişəsini Ermənistanda sabitlik yaradılandan sonra nizamlamaq məsələsinə qayıtmasına icazə verib, lakin Ermənistanın baş naziri bu xoş münasibətdən sui-istifadə edib və sonradan millətçi bəyanatlarla çıxış etməyə başlayıb, o cümlədən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərinin gedişində “Arsax (Qarabağ) Ermənistandır və nöqtə” deyib. Paşinyanın bu cür absurd bəyanatlarından əlavə, Ermənistanın müdafiə naziri Tonoyan ABŞ-da erməni diasporu ilə görüşündə Ermənistanın “yeni ərazilər uğrunda yeni müharibə” doktrinasını bəyan edib. Bütün bu bəyanatlar, üstəlik ötən ilin iyul ayında Tovuz rayonunda erməni tərəfinin silahlı təxribatları, Azərbaycanın mülki obyektlərinin və Azərbaycan Ordusunun mövqelərinin sentyabr ayında məqsədyönlü şəkildə artilleriya atəşinə tutulması Azərbaycan Ordusunun BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmək və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək məqsədilə bütün cəbhə boyu əks-hücumuna gətirib çıxardı.

 

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, münaqişənin silahlı fazasında Azərbaycan dəfələrlə hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib, bu şərtlə ki, Ermənistan erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması qrafikini dərhal təqdim etsin. Lakin belə olmadı və nəhayət, noyabr ayında Şuşa şəhəri və Azərbaycanın digər əraziləri azad ediləndən sonra Ermənistan Bakının şərtlərini qəbul etməyə məcbur oldu.

 

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan Rusiya Federasiyası sülhməramlı kontingenti ilə “açıq dialoqu və kommunikasiyanı” dəstəkləyir, bu kontingentin nümayəndələri “öz işini peşəkar səviyyədə yerinə yetirir”.

Prezidentin köməkçisi erməni hərbi əsirləri barədə sualın cavabında bəyan edib ki, noyabrın 9-da məlum bəyanat imzalanandan sonra Azərbaycanın dövlət sərhədini keçmiş 62 nəfər silahlı erməninin məqsədi Azərbaycan mövqelərinə hücum etmək idi, onlar hətta özləri ilə müəyyən texnika da götürmüşdülər. Bu şəxslər hərbi əsir deyil, onlar əsirlərin digər kateqoriyasına aiddir. Bəyanat imzalanandan sonra Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb.

 

Prezidentin köməkçisi seminarın erməni iştirakçılarına xatırladıb ki, Birinci Qarabağ müharibəsindən sonra 4000-dən çox azərbaycanlı hələ də itkin düşmüş hesab edilir və Ermənistan bu şəxslər barədə məlumat təqdim etməlidir.

 

Onlayn-seminarın gedişində Hikmət Hacıyev auditoriyaya münaqişənin başlanması barədə, o cümlədən keçmiş SSRİ-nin müəyyən dairələri tərəfindən təşkil olunmuş və etnik erməni Eduard Qriqoryan kimi cinayətkarlar tərəfindən icra edilmiş Sumqayıt hadisələri barədə də məlumat təqdim edib. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və həmin ərazilərdə yenidənqurma, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılması planı da müzakirə edilib.

 

Diqqətə çatdırılıb ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilər ölkəmizin tamhüquqlu vətəndaşlarıdır və Azərbaycan qanunlarının, onun Konstitusiyasının aliliyini qəbul etməyə borcludurlar.

 

Hikmət Hacıyev münaqişədən sonrakı dövrdə ATƏT-in Minsk qrupunun rolu barədə suala cavab verərək deyib ki, Minsk qrupu iki tərəf arasında etimadın möhkəmlənməsi tədbirlərinin müəyyən olunmasına kömək edə bilər.

 

Azərbaycan Prezidentinin köməkçisi sonda bəyan edib ki, Amerika şirkətləri Azərbaycanın Qarabağ regionunun infrastrukturunun bərpasına investisiyalar qoymaq və bu işlərdə iştirak etmək yolu ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və regional inteqrasiyaya öz töhfələrini verə bilər.

 

Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb - Hikmət Hacıyev - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Britaniyada koronavirusun “Braziliya ştammı” aşkarlandı 1 mart 2021, 01:00 DİM bu gün “GRE: General Test” imtahanı keçirəcək 1 mart 2021, 00:54 “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar” - Serj Sarkisyan 1 mart 2021, 00:48 ÜST koronavirusla bağlı son statistikanı açıqladı 1 mart 2021, 00:36 Türk xüsusi qrupunun Ermənistana sızması barədə şayiələr təkzib edildi 1 mart 2021, 00:24 Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açdı 1 mart 2021, 00:10 Gəncədə iki gənc qadın dəm qazından zəhərləndi 28 Fevral 2021, 23:55 Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI 28 Fevral 2021, 23:41 Tramp yeni partiya yaradır? 28 Fevral 2021, 23:30 Fransa Xocalı soyqırımını tanıyaraq mövqeyini yenidən balanslaşdıra bilər - “Atlantico” nəşri 28 Fevral 2021, 23:17 Gəncədə ev yandı 28 Fevral 2021, 23:03 “Stenford Bric”də qolsuz heç-heçə 28 Fevral 2021, 22:50 Öldürdüyü insanın ürəyindən yemək hazırladı - FOTO 28 Fevral 2021, 22:41 Samuxda iki nəfər bıçaqlandı 28 Fevral 2021, 22:28 Ermənilər mülki azərbaycanlıları bir-birilərinə bağlayıb, yandırıblar - VİDEO 28 Fevral 2021, 22:19 “Fənərbaxça” çətin səfərdən 3 xalla döndü 28 Fevral 2021, 22:08 Şirvanda maşın yandı 28 Fevral 2021, 21:59 Qarabağda döyüşən Fransa vətəndaşları barədə istintaq başlanıb 28 Fevral 2021, 21:48 İrandan 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası 28 Fevral 2021, 21:33 Şarl Mişel Gürcüstana gəldi 28 Fevral 2021, 21:19 Teledərslərin sabaha olan CƏDVƏLİ 28 Fevral 2021, 21:06 “Meyvəli” bazarında yanğın 28 Fevral 2021, 20:55 “Arsenal” səfərdə qalib gəldi 28 Fevral 2021, 20:40 Bərdədə ağır qəza - 2 ölü, 3 yaralı var - FOTO 28 Fevral 2021, 20:34 Paşinyan Sarkisyana qarşı: “Prezidentin qərarı anlaşılmazdır”   28 Fevral 2021, 20:25 Messinin “Barselona” ilə bağlı gələcək planları açıqlandı 28 Fevral 2021, 20:12 Müdafiə Nazirliyi Xocavəndin Çiraquz kəndinin videogörüntülərini yaydı 28 Fevral 2021, 20:01 Dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı hakim qarşısına çıxacaq 28 Fevral 2021, 18:10 Yəməndə partlayış: Ölən və yaralananlar var 28 Fevral 2021, 18:04 Yunanlar xəzinə axtarışına çıxdı 28 Fevral 2021, 17:51 Paşinyanın fraksiyası Prezidentə qarşı impiçment proseduruna başlayır 28 Fevral 2021, 17:40 Prezidentin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırıldı 28 Fevral 2021, 17:30 Gürcüstanda sürücülər yanacağın balaşmasına etiraz etdi - Aksiya 28 Fevral 2021, 17:25 Saakaşvili Kutaisidəki etirazçılara dəstək verdi 28 Fevral 2021, 17:19 "Onların missiyası xəyanətdir" - Deputat "5-ci kalon"dan DANIŞDI 28 Fevral 2021, 17:02