Modern.az

Ərdoğan türk hərbçilərin Azərbaycanda fəaliyyətini müzakirə edəcək

Ərdoğan türk hərbçilərin Azərbaycanda fəaliyyətini müzakirə edəcək

Aktual

26 Yanvar 2021, 13:32

Türkiyə Milli Təhlükəsizlik Şurasının 2021-ci ildə ilk iclası yanvarın 28-də baş tutacaq.

 

Modern.az-ın məlumatına görə, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçiriləcək iclasda türkiyəli hərbçilərin Azərbaycandakı fəaliyyəti müzakirə mövzusu olacaq.

 

Bundan başqa, iclas zamanı Türkiyə ilə Yunanıstan arasındakı Şərqi Aralıq dənizi məsələsi, Türkiyə ordusunun Liviyada və Suriyada fəaliyyəti və terrorla mübarizə məsələləri müzakirə mövzusu olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır