Modern.az

İlham Əliyev fransalı dövlət katibini qəbul edib

İlham Əliyev fransalı dövlət katibini qəbul edib

26 Yanvar 2021, 14:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanı qəbul edib.

 

Modern.az xəbər verir ki, dövlət katibi Jan Batist Lömuan dörd il əvvəl Azərbaycana səfərini və Bakıda Fransız-Azərbaycan Universiteti - UFAZ-ın yeni tədris binasının açılışında iştirakını məmnunluqla xatırladı.

 

Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycan-Fransa əlaqələrinin gündəliyinə toxunuldu.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı