Arxiv
26 Yanvar 2021, 20:58 | AKTUAL
Mədəniyyət komitəsi onlayn toplaşdı - FOTO

Yanvarın 26-da Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclası açan komitə sədri Qənirə Paşayeva qarşıdan gələn yaz sessiyasında millət vəkillərinə uğurlar arzulayıb. O, Azərbaycan torpaqlarının 30 ildən sonra düşmən tapdağından azad olunmasına görə cənab Ali Baş Komandanın rəhbərliyi ilə qələbə çalmış Müzəffər Azərbaycan ordusuna xalqımızın minnətdar olduğunu deyib.

 

Qənirə Paşayeva şəhidlərimizə Allahdan rəhmət, yaralı qazilərimizə şəfa diləyib və tarixi zəfər münasibəti ilə həmkarlarını bir daha təbrik edib.

 

Sonra Qənirə Paşayeva 2020-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərin hesabatını təqdim edib. Qeyd edilib ki, hesabat dövründə komitənin 2 iclası keçirilib, 3 məsələ müzakirə edilib ki, onlardan ən vacibi “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanuna edilən dəyişikliklərdir.

 

Komitə sədri hesabat dövründə komitədə görülən işlərlə bağlı geniş məlumat verib, millət vəkillərinin ölkə gündəmində baş verən hadisələrə, işğaldan azad olunmuş ərazilərimizdə, vaxtıilə Ermənistan siyasi-hərbi rəhbərliyinin göstəriş və iştirakı ilə məhv edilmiş mədəniyyət abidələrimiz, maddi-mənəvi irsimiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal mövqelərini yüksək dəyərləndirib. Bildirib ki, Vətən müharibəsi zamanı dəfələrlə belə faktlarla bağlı millət vəkilləri tərəfindən nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya müraciətlər ünvanlanıb.

 

Qənirə Paşayeva payız sessiyası dövründə komitənin ünvanına daxil olmuş 1389 məktub, təklif, ərizə və şikayətin 1145-nin araşdırılmaq üçün müvafiq təşkilatlara göndərildiyini, yaradıcı təşkilatlardan və insanlardan alınan 200-ə qədər məktubun komitədə araşdırıldığını, onlardan bir çoxunun artıq öz müsbət həllini tapdığını diqqətə çatdırıb.

 

Hesabat məqbul hesab edildikdən sonra onlayn iclasda Mədəniyyət komitəsinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Qeyd olunub ki, qarşıdakı sessiyada komitədə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi və digər vacib sənədlər üzərində iş davam etdiriləcək.

 

Qənirə Paşayeva bildirib ki, yaz sessiyasında komitədə görüləsi işlər xüsusilə çoxdur. Belə ki, işğaldan azad edilən Şuşa şəhərinin Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, Şuşada cari ilin may-iyun aylarında “Xarı bülbül” Muğam Festivalının və payız aylarında Molla Pənah Vaqif Poeziya günlərinin keçirilməsinin planlaşdırılması və 2021-ci ilin “Nizami ili” elan edilməsi ilə bağlı mühüm tədbirlər görülür. Komitə sədri bu tədbirlərin, müvafiq layihələrin icrası ilə bağlı Mədəniyyət komitəsinin üzərinə düşən vəzifələrdən söhbət açıb.

 

Sonra komitənin iş planı təsdiqlənib.

 

Onlayn toplantıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb. Bu sənədin qardaş ölkə ilə ortaq media platformasının yaradılması və mətbuat sahəsində qarşılıqlı əməkdaşlıq baxımından çox önəmli olacağı vurğulanıb.

 

Sonra komitə üzvləri “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirə ediblər. Qənirə Paşayeva bildirib ki, təklif edilən dəyişikliklərdə ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması, qeydiyyata alınmış folklor nümunələrinə görə şəhadətnamə tərtib edilməsi, bu əsərlərdən istifadəyə görə hesablanan qonorarın müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi nəzərdə tutulub.

 

Komitə üzvləri Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Fazil Mustafa, Cavanşir Feyziyev, Əziz Ələkbərli, Ülviyyə Ağayeva, Ülviyyə Həmzəyeva, Mixail Zabelin müzakirə edilən məsələlərlə bağlı fikirlərini bildirib, kino və teatr sənətinin, rəssamlığın inkişafı, yaradıcı insanlara diqqətin artırılması ilə bağlı təkliflərini səsləndiriblər.

 

Hər iki sənəd Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zaqatalada piyadanı maşın vurdu 26 Fevral 2021, 22:53 Avropa xəbər agentlikləri postpandemiya dövründə fəaliyyəti müzakirə etdilər 26 Fevral 2021, 22:44 BMT Təhlükəsizlik Şurasından peyvəndlərlə bağlı vacib qərar 26 Fevral 2021, 22:33 Vyanada Xocalı soyqırımı qurbanları anıldı 26 Fevral 2021, 22:20 Almaniyada beş məscid bağlandı 26 Fevral 2021, 22:08 Dolların bahalaşması qızılı ucuzlaşdırdı 26 Fevral 2021, 21:54 Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı 26 Fevral 2021, 21:41 “Dünyada bir daha soyqırım olmaması üçün Xocalı caniləri cəzalandırılmalıdır” 26 Fevral 2021, 21:35 Ailə kəndli təsərrüfatı üzvlərinə elektron vəsiqənin verilməsi qaydası müəyyənləşdi 26 Fevral 2021, 21:28 “Sülhməramlıların nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıdacaqlar” - İlham Əliyev 26 Fevral 2021, 21:13 Elxan İbrahimov Müdafiə Nazirliyindən uzaqlaşdırılıb? - AÇIQLAMA 26 Fevral 2021, 21:01 “Rusiya və Azərbaycan dost ölkələrdir” - İlham Əliyev 26 Fevral 2021, 20:50 Ermənistan prezidenti baş qərargah rəisi ilə görüşdü 26 Fevral 2021, 20:39 “Bu tragikomediyaya son qoyulmalıdır” 26 Fevral 2021, 20:27 "Qondarma "DQR" rəhbərinin məsuliyyətə cəlb olunmasına nail olacağıq" - Kamran Əliyev 26 Fevral 2021, 20:18 Heç vaxt özünə ad günü keçirməyən Aprel Şəhidi - FOTOLAR 26 Fevral 2021, 20:12 Prezident Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətindən danışdı 26 Fevral 2021, 20:07 İƏT-in Parlament İttifaqı Xocalı ilə bağlı bəyanat YAYDI 26 Fevral 2021, 20:00 Xocalı soyqırımı törədiləndə dünya susmuşdu - İlham Əliyev 26 Fevral 2021, 19:52 NATO-nun mənzil-qərargahında Xocalı qurbanları anılıb - FOTO 26 Fevral 2021, 19:45 Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir - FOTOLAR 26 Fevral 2021, 19:37 Bakıda prospektdəki qəza tıxac yaratdı 26 Fevral 2021, 19:30 Xocalı qurbanlarının xatirəsi Şuşada anılıb - VİDEO 26 Fevral 2021, 19:22 Komitə sədri həmkarlarını “3+3” iqtisadi əməkdaşlıq ideyasını dəstəkləməyə çağırdı 26 Fevral 2021, 19:15 Baş prokuror intiharlardan DANIŞDI 26 Fevral 2021, 19:08 Gənclər təşkilatları “Ana harayı” abidəsini ziyarət ediblər - FOTOLAR 26 Fevral 2021, 19:00 Qanunsuz ov edən Salyan sakini SAXLANILDI 26 Fevral 2021, 18:52 Azərbaycan daha bir ölkədən quş ətinin idxalını DAYANDIRDI 26 Fevral 2021, 18:45 Ermənistan prezidenti müxalifət nümayəndələri ilə görüşdü 26 Fevral 2021, 18:38 Xocalı soyqırımı dünya mediasında geniş işıqlandırılıb 26 Fevral 2021, 18:30 Xocalı soyqırımının günahkarları ədalət qarşısında mütləq cavab verəcəklər - Spiker 26 Fevral 2021, 18:22 Yevlax sakinini elektrik cərəyanı vurub öldürdü 26 Fevral 2021, 18:15 Bu mətbuat konfransı Azərbaycanın beynəlxalq informasiya məkanında növbəti qələbəsidir - Hikmət Hacıyev 26 Fevral 2021, 18:08 Nazir xanım rəisi işdən ÇIXARDI 26 Fevral 2021, 18:00 Ombudsman “Ana harayı” abidəsini ziyarət edib 26 Fevral 2021, 17:57