Arxiv
27 Yanvar 2021, 21:27 | AKTUAL
Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO

Yanvarın 27-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) “Helsinki +50 istiqamətində: Ortaq məqsədin yenidən təsdiqlənməsi” mövzusunda dəyirmi masası keçirilib.

 

Modern.az xəbər verir ki, dəyirmi masa iştirakçıları ATƏT-in beynəlxalq institut kimi gələcək fəaliyyətinin səmərəli qurulması, institusional islahatlar və qəbul olunan qərarların icrasına nəzarət mexanizmləri kimi məsələləri müzakirə ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev ATƏT-in regional dialoqun təkmilləşdirilməsində və regionda sülh yaradacılığı və təhlükəsizliyin bərqərar olunması proseslərində daha yaxından iştirakını təmin etməyin mümkün yollarına toxunub:

 

“Dialoq və onun təkmilləşdirilməsi yolları haqqında fikirlərimi qısaca bölüşmək istəyirəm. Fikrimcə, dialoq üçün daha çox sahə və platformaya ehtiyac var. 

Effektiv müzakirələr və dialoq vasitəsilə bir çox məsələlərdə ortaq məxrəcə gəlmək üçün ATƏT institutlarının mövcud mexanizm və alətlərini geniş istifadə etmək lazımdır. 

ATƏT PA mühüm məsələlərin müzakirəsi üçün təsirli rol oynayan 2 Xüsusi Komitə (Terrorçuluqla Mübarizə və Miqrasiya üzrə), Prosedur Qaydaları və İş Praktikası üzrə Alt Komitə və qeyri-rəsmi İpək Yoluna Dəstək Qrupu kimi alətlərdən istifadə edir. 

Qərarların qəbul edilməsi prosesində iştirak edən şəxsləri və ölkələrimizin hökumətlərinin yüksək vəzifəli rəsmilərini bu dialoq platformaları çərçivəsində verilmiş məsələlərə dair fikir və planlarını bölüşməyə dəvət etmək də vacibdir".

 

Azay Quliyev bununla bərabər, nümayəndə heyətlərinin regionlara əsaslanan ayrıca platformalarının yaradılmasını təklif edib:

 

"Bu, regional məsələlərin vaxtında və daha yaxşı həllinə, konstruktiv həll yolunun tapılmasına kömək olardı. Xarici İşlər Nazirlikləri də parlamentarilərlə birlikdə bu görüşlərə qoşula bilər. 

Misal qismində qeyd edə bilərəm ki, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra 6 regional ölkəni - Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya Federasiyası, Türkiyə və İranı bir araya gətirərək çox unikal regional dialoq və əməkdaşlıq formatına start verdi. 

Bu, regional sülhü və təhlükəsizliyi təşviq edəcək, Ermənistan və Azərbaycan arasında əlaqələr və kommunikasiyaların yenidən açılmasına kömək edəcək çox ümidverici bir təşəbbüsdür. 

İndi isə ATƏT Nazirlər Şurası haqqında bir neçə söz demək istərdim. 

Əsasən deklarativ xarakter daşıyan və konsensusun olmaması səbəbindən bir çox hallarda konkret nəticəsi olmayan ATƏT Nazirlər Şurası iclaslarının effektivliyini artırmaq çox vacibdir.

Buna görə də, baş verə biləcək fikir ayrılıqlarını və mübahisəli vəziyyətləri müzakirə etmək və mümkünsə qarşısını almaq üçün Nazirlər Şurasının görüşlərindən əvvəl nazir müavinləri səviyyəsində ilkin və ya hazırlıq iclaslarının keçirilməsini təklif edərdim.

O zaman konsensus əldə etmək şansı daha yüksək ola bilər".

 

Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, digər bir vacib məqam da təhlükəsizlik arxitekturasının qurulmasında ATƏT-in rolunu gücləndirmək və üzv ölkələr arasında dialoq və tərəfdaşlığı daha da artırmaq üçün Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısının keçirilməsidir.

 

Ancaq bundan əvvəl nəyə ehtiyac duyduğumuzu və nə etməli olduğumuzu dəqiq bir şəkildə qeyd etmək düzgün olar.

 ATƏT və ATƏT PA-nın dövlət başçıları səviyyəsində müzakirə edilməli və təsdiq edilməsi lazım olan bütün çətin məsələləri və onların həll yollarını hazırlamaq üçün ortaq bir işçi qrupu yaratmasını təklif edərdim. 

İnanıram ki, səfir Zanier bu işçi qrupunu Assambleyamız adından koordinasiya edə və bu prosesə töhfə verə bilər”, - deyə Azay Quliyev bildirib.

 

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lisey direktoru həbs edildi 25 Fevral 2021, 11:23 Ermənistan ordusunda Rusiyanın köməyi ilə islahatlar aparılacaq – Paşinyan 25 Fevral 2021, 11:21 Pakistanla Azərbaycan arasında yeni aviareys açılır 25 Fevral 2021, 11:20 İnsanın həyatını dəyişən KƏLAMLAR 25 Fevral 2021, 11:18 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 25 Fevral 2021, 11:13 Deputat: “Cümşüd Nuriyev və onun tayları bu dövlətin inkişafını istəmirlər” 25 Fevral 2021, 11:08 Xocalı Soyqırımı Pakistan mətbuatında geniş şəkildə işıqlandırılıb - FOTOLAR 25 Fevral 2021, 11:03 Laçın SES-in bəndi Azərbaycanın nəzarətinə keçdi 25 Fevral 2021, 10:58 Müxalifət Yerevanın mərkəzi küçələrini bağladı 25 Fevral 2021, 10:53 Qışa hazır olmayan avtobusların sürücüləri cərimələndi 25 Fevral 2021, 10:50 Srebrenitsa anaları Azərbaycanda... 25 Fevral 2021, 10:45 Macarıstan hökumətinə Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb 25 Fevral 2021, 10:40 Nizami Gəncəvi Beynəlxalq Mərkəzi səmərəli fəaliyyəti ilə Azərbaycanın haqq işinə dəstəkdir   25 Fevral 2021, 10:37 "1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq" - gerçək tarixin müzakirəsi 25 Fevral 2021, 10:32 Bu rayonlarda 17 dərəcə şaxta olub 25 Fevral 2021, 10:29 BirBank vasitəsilə Mastercard ilə NFC ödənişlər etmək mümkün oldu 25 Fevral 2021, 10:28 Planeti koronavirusun üçüncü dalğası BÜRÜYÜB 25 Fevral 2021, 10:27 İsveçrədəki soydaşlarımız cenevrəli deputatlara çağırış ediblər 25 Fevral 2021, 10:23 Kiyevdə Xocalı soyqırımından bəhs edən film təqdim edilib 25 Fevral 2021, 10:20 Qarlı havada Bakıda ən çox qəza hansı yolda olub? - rəsmi cavab   25 Fevral 2021, 10:15 Həmkarlar Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb 25 Fevral 2021, 10:10 Bakının yolları səhərə kimi qardan təmizlənib - FOTOLAR 25 Fevral 2021, 10:05 Azərbaycan nefti 67 dollara yaxınlaşır 25 Fevral 2021, 10:00 Əsas avtomobil yollarında son VƏZİYYƏT 25 Fevral 2021, 09:54 Yol qəzalarında 1 nəfər ölüb, 17 nəfər yaralanıb   25 Fevral 2021, 09:48 13 evdən 40 min manatlıq oğurluq edənlər saxlanıldı 25 Fevral 2021, 09:42 Koronavirusa yoluxanların sayı 13 milyonu keçdi 25 Fevral 2021, 09:36 "Brent" neftin qiyməti BAHALAŞDI 25 Fevral 2021, 09:30 Hava şəraiti ilə əlaqədar yollarda 41 qəza baş verib 25 Fevral 2021, 09:24 Bəzi məktəblərdə dərslər təxirə SALINDI 25 Fevral 2021, 09:18 Həbsdən çıxan mayor birinci əsgərlərini soruşdu 25 Fevral 2021, 09:12 İlham Əliyevdən Ərdoğana ad günü TƏBRİKİ 25 Fevral 2021, 09:06 Qarda yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatdı 25 Fevral 2021, 09:00 Banklarda bu günə olan valyuta məzənnəsi 25 Fevral 2021, 08:59 Myanmada güclü zəlzələ 25 Fevral 2021, 08:54