Arxiv
14 Fevral 2021, 10:02 | MEDİA
Televiziyanın yaşıdı olan Əməkdar jurnalist: “Həyatımda iki dəfə hönkürtü ilə ağlamışam” - MÜSAHİBƏ

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı, Əməkdar jurnalist Faiq Sadıqov milli  televiziyamızla həmyaşıddır. Bu gün onun da 65 yaşı tamam olur. Həmkarımız təəssüratlarını Modern.az-la bölüşüb.

- Faiq müəllim, milli  televiziyamızın  65 yaşı tamam olur. Bu bayram Sizin üçün ikiqat əlamətdardır - bu il sizin də 65 yaşınız tamam olur. Televiziyamızın yaşıdı olmaqla yanaşı, həm də ömrünüzün üçdə ikisini hissəsini teleradioya həsr etmisiniz.

 

- Düz qeyd etdiniz. Artıq 43 il keçib o gündən. 1978-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin – BDU o vaxt belə adlanırdı –  Jurnalistika fakültəsini bitirdikdən sonra Dövlət Teleradio Komitəsinin Yevlax Radio Verilişləri redaksiyasında əmək fəaliyyətinə başlamışam.

 

- Sizin “Qarabağdan xəbər var...” adlı kitabınız da var. O kitabda 1-ci Qarabağ müharibəsinin tam mənzərəsi xronoloji ardıcıllıqla əksini tapıb. Bəlkə kitabın tarixçəsi haqqında danışasınız.

 

- 1991-ci ildə mənfur qonşularımız torpaqlarımızı işğal etməyə başlayarkən mən “Ədalət” qəzetinin baş redaktoru Aqil Abbasa qəzetin cəbhə müxbiri işləmək istəyiyimi bildirdim. Sağ olsun, müraciətimi dərhal qəbul etdi və beləcə müharibə başlayandan atəşkəsə qədər döyüş nöqtələrindən qəzetə operativ xəbərlər verdim, müharibənin dəhşətlərini əks etdirən yazılar göndərdim. Sonralar həmin materilları  toplayaraq kitab şəklində çap etdirdim.


- Siz Yevlaxdan qaynar nöqtələrə necə gedirdiniz? Şəxsi avtomobillə?


- Yevlaxda yaşayırdım.Yəni müharibə bölgəsinə yaxın idim. Oradan Ağdama, Füzuliyə, Goranboya, Tərtərə və digər bölgələrə avtobusla, yaxud yol maşınlarıyla gedirdim. Amma həmin rayonlardan qaynar nöqtələrə getmək çətin olurdu. Buna görə də mən döyüşən hərbi hissələrin birinə üzv yazıldım və bundan sonra işlərim bir qədər asanlaşdı.


- Müharibə ən çox hansı detalları ilə yadınızda qalıb?

- Müharibə dəhşətli şeydir. Müharibənin  bütün səhnələri 30 ildir ki, gözlərim qarşısında canlanır. Xocalı aeroportunda Əlif Hacıyev və digər Vətən fədailəri ilə birlikdə keçirdiyim günlər, Xocalı faciəsindən sonra Ağdam məscidi qarşısında ana-bacıların ah-naləsi, Ağdam “Passajı” qarşısındakı bomrdmandan təsadüfən salamat çıxmağım, Tərtər top atəşinə tutularkən öz evini tərk edib Tərtər çayının sol sahilində qorxudan titrəyən uşaqların məsum baxışları, düşmən Laçına girsə də ölümü öz yurd-yuvasını tərk etməkdən üstün tutan ixtiyar qocanın qürurlu duruşu... hansını deyim? O qədər acı xatirələr var ki... Bütün bunlar 30 ildir ki, yuxuma girirdi.

 


- Qayıdaq bayramınıza. 65 yaşınızı necə qeyd edəcəksiniz?

 

- 30 il idi ki, mən heç bir bayramı xüsusi sevinclə, şövqlə qeyd edə bilmirdim. Şəxsən mənə görə – ifadəmə görə üzr istəyirəm – biz şərəfsiz bir ömür yaşayırdıq. Qəddimiz əyilmiş, şərəfimiz tapdanmışdı. Azadlığımızı, suverenliyimizi yarımçıq hesab edirdim. Bu dəfəki bayramı isə ürəkdən, şövqlə qeyd edirik. Çünki bu, Vətən müharibəsindəki misilsiz qələbəmizdən sonra keçirdiyimiz ilk yubileydir. Ali Baş Komandan İlham Əliyev və onun qəhrəman əsgərləri 44 günlük müharibədə Azərbaycanın dövlətçilik tarixində nadir təsadüf olunan bir zəfərə imza atdılar – haqq-halal torpaqlarımızla birlikdə şərəfimizi, ləyaqətimizi, mənliyimizi, bütövlüyümüzü bizə qaytardılar. Mən bu möcüzəni yaratdığına  görə dövlət başçısı və hərbçilərimiz qarşısında baş əyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Həyatımda iki dəfə hönkürtü ilə  ağlamışam: 1993-cü ildə Qarabağdakı sonuncu yaşayış məntəqəsini tərk edərkən dönüb geriyə baxdığım zaman, bir də Ali Baş Komandan Şəhidlər Xiyabanında Şuşanın azad olunmasını elan edəndə.

 

- Hazırda televiziyada fəaliyyətinizi davam etdirirsinizmi?

 

- Bəli. Birinci Qarabağ müharibəsindəki atəşkəsdən sonra yenidən AzTV-yə qayıtdım. O vaxtdan “Xəbərlər” redaksiyasında çalışıram. Mühüm siyasi materialların hazırlanmasında iştirak edirəm. Əvvəllər Ulu Öndər Heydər Əliyevi, sonra isə Prezident İlham Əliyevi dünyanının  bir çox ölkələrinə və respublikamızın regionlarına səfərləri zamanı televiziyanın müxbiri kimi müşayiət etmişəm, dövlət başçısının iştirakilə keçirilən tədbirlərin efirə hazırlayan qrupda işləmişəm və  bu gün də həmin işi davam etdirirəm.  

 

- Sonda sizi – sizin üçün ikiqat əlamətdar gün – ömrünün 43 ilini televiziyaya həsr edən bir jurnalist kimi peşə bayramınızı və 65 illik yubileyiniz münasibətilə təbrik ediik.  

 

- Çox sağ olun. Diqqət ayırdığınıza və təbriklərə görə minnətdaram. Sizə və müasir Azərbaycan mətbuatında öz dəsti-xətti, peşəkarlığı ilə seçilən Modern.az saytının kollektivinə uğurlar arzulayıram.


Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ümid edirik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək” 23 Aprel 2021, 14:37 Kütləvi dini ibadət və mərasimlərin icazəsiz keçirilməsi qadağan olunur 23 Aprel 2021, 14:32 Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05 “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” - Sabir Rüstəmxanlı 23 Aprel 2021, 13:00 ATU-da yeni TƏYİNAT 23 Aprel 2021, 12:56 “Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik” - Fazil Mustafa 23 Aprel 2021, 12:52 Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA 23 Aprel 2021, 12:46 Polşa səfiri Rusiya XİN-ə çağırıldı 23 Aprel 2021, 12:42 Nazirlikdən hava XƏBƏRDARLIĞI 23 Aprel 2021, 12:37 Sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı artıb - Nazir 23 Aprel 2021, 12:32 Ronaldu maaşının azaldılmasına razıdır - "Mançester Yunayted"ə keçidi üçün 23 Aprel 2021, 12:28 Siyavuş Novruzov insan alverindən DANIŞDI: “...filmlər çəkilir” 23 Aprel 2021, 12:27 "Bu, etibarlı münasibətlərimizə kölgə salmaq deməkdir" - Ülvi Quliyev 23 Aprel 2021, 12:25 Bakıda məktəbdən “AK-74” avtomatı oğurlanıb 23 Aprel 2021, 12:22 İcra başçısı COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub 23 Aprel 2021, 12:17 İnsan alverinə səbəb olan erkən nikahların qarşısı alınmalıdır - Deputat 23 Aprel 2021, 12:12 I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək 23 Aprel 2021, 12:06 Hindistanda oksigen BÖHRANI 23 Aprel 2021, 12:00 Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək 23 Aprel 2021, 11:54