“Azərbaycanda rəqabətin təmin olunması məqsədilə Rəqabət Məcəlləsinin qəbul olunması mütləqdir. Məcəllənin təkmilləşdirilməsi üzrə görülən işlər artıq tamamlanıb”.
Modern.az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları” adlı onlayn konfransda bildirib.
Xidmət rəsmisi qeyd edib ki, bununla əlaqədar qanunvericilik prosesinə başlanılıb:
“Artıq layihə aidiyyəti qurumlara təqdim olunub. Ümid edirik, cari ilin sonunadək Rəqabət Məcəlləsi qəbul olunacaq”.