Arxiv
17 Fevral 2021, 12:51 | PARLAMENT
“Qərbi azərbaycanlılar Hadruta, Tuğa, Suqovuşana köçürülsün” - Qaçqınlar Cəmiyyətinin sədri - MÜSAHİBƏ

Əziz Ələkbərli: “Qərbi Azərbaycan qaçqınlarının işğaldan azad olunmuş ərazilərdə məskunlaşması strateji cəhətdən də böyük əhəmiyyətə malikdir”

 

“1988-ci ildə Qərbi Azərbaycan qaçqınlarının Qarabağa köçürülməməyi böyük səhv idi. Heç olmasa indi o vaxtki səhvi düzəltmək lazimdir” 

 

Modern.az saytının əməkdaşı Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli ilə həmsöhbət olub. İcma sədri Qərbi azərbaycanlı qaçqınların işğaldan azad edilmiş ərazilərə köçürülməsi ilə bağlı cəmiyyətdə dolaşan fikirlərə münasibət bildirib. 

 

- Son günlər Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazilərinə qərbi azərbaycanlıların köçürülməsi ilə bağlı dəqiqliyi məlum olmayan informasiyalar yayılıb. Bu informasiyalar nə dərəcədə doğrudur? Bununla bağlı fikriniz necədir?

- Bu məsələ artıq “informasiya”, “məlumat” çərçivəsindən çıxıb, Bakının hüdudlarını aşıb. Əvvəl bizə – Azərbaycan Qaçqınlar Cəmiyyətinə Bakıda yaşayan Qərbi Azərbaycan qaçqınları müraciət edirdilərsə, indi Azərbaycanın bütün rayonlarından müraciətlər daxil olur. Həm də müraciət edən ailələrin sayı artıq yüzləri, minləri çoxdan aşıb, on minlərlə insan işğaldan azad olunmuş ərazilərdə məskunlaşmaq istəyir.

 

 - Qərbi Azərbaycan qaçqınlarında bu istək niyə belə kütləvi şəkil alıb, nədən qaynaqlanır, insanlar niyə o torpaqlara belə can atırlar?

 - Mənə elə gəlir ki, bu gün bu məsələ çox ciddi sosial tədqiqat mövzusudur. Şəxsən mənim müşahidələrimə görə, bunun bir sıra ciddi səbəbləri var. Birincisi, o insanlar hələ 1988-ci ildə keçmiş Dağlıq Qarabağda məskunlaşmaq istəyirdilər, çünki əvvəla, bu bölgə təbiət, iqlim və digər coğrafi əlamətlərinə görə onların qovulduqları dədə-baba yurdlarına yaxın idi, ikincisi isə onların “Ermənistan”dakı ev-eşiyi, mal-mülkü ermənilər tərəfindən qəddarcasına əllərindən alınaraq qovulmuşdular, buna görə də Qarabağdakı separatçı ermənilərin burada özlərini ev sahibi kimi aparmalarını həzm edə bilmirdilər. Lakin o vaxtkı ermənipərəst Vəzirov rejimi Qərbi Azərbaycan qaçqınlarını Qarabağa buraxmadı. Halbuki o vaxt bu edilsəydi, Qarabağda erməni separatçılığı bu qədər ayaq tutub yeriməzdi. İnsanlar belə hesab edir ki, heç olmasa o vaxtkı səhvi indi düzəltmək lazımdır. Üçüncüsü, Qərbi Azərbaycan qaçqınlarının əksəriyyəti “Ermənistanın” kənd rayonlarından gəliblər, torpağa bağlı insanlardır. 32 ildir ki, şəhər mühiti onları sıxır, onlar daim kəndə can atıblar, həmişə çalışıblar ki, hansı rayondasa beş qarış torpaq sahələri olsun, fürsət düşən kimi o torpağa qaçsınlar, əksinlər-becərsinlər. Ona görə də işğaldan azad olunmuş ərazilərə qayıtmağı bir fürsət bilirlər və onların məskunlaşacaqları əraziləri qısa vaxtda cənnətə çevirəcəklərinə mənim qətiyyən şübhəm yoxdur. 

 

 - Qərbi Azərbaycan qaçqınlarının işğaldan azad olunmuş ərazilərə qayıtması məcburi köçkünlərin narazılığına səbəb olmazmı?

 

- Heç vaxt. Qərbi Azərbaycan qaçqınları qaçqınlıq taleyi yaşayan insanlardır, onlar yaxşı bilirlər ki, məcburi köçkünlərimiz bu 30 ildə hansı məhrumiyyətləri yaşayıblar, bilirlər ki, yurd həsrəti nədir. Ona görə də onlar Qarabağdakı azərbaycanlı yaşayış məntəqələrinə qətiyyən iddia etmirlər. Hər kəs öz dədə-baba yurdunun varisidir və ora qayıdacaqları təqdirdə öz dədə-baba yurdları ilə bağlı müəyyən hüquqlara malikdirlər. Qərbi Azərbaycan qaçqınları onların bu hüquqlarına şərik olmaq fikrində deyillər. Ona görə də qaçqınlarımız məcburi köçkünlərimizin qayıdacağı azərbaycanlı kəndlərinə yox, məhz vaxtilə ermənilərin yaşamış olduğu Hadrut, Tuğ, Banazur, Çanaxçı, Suqovuşan və s. kimi “erməni” yaşayış məntəqələrinə köçürülmələrini istəyirlər. Uzaqbaşı, onlara boş sahələrdə salınmış yeni yaşayış məntəqələri də təklif oluna bilər. 

Onu da nəzərə alsaq ki, həmin Qərbi Azərbaycan qaçqınlarının böyük bir hissəsi işğaldan azad olunmuş ərazilərimizlə həmsərhəd olan Ermənistandakı Zəngəzur, Dərələyəz, Göyçə kimi tarixi mahallarımızdandırlar, onda bunun böyük strateji əhəmiyyət daşıdığı da aydındır.

Digər tərəfdən, xatırladım ki, bu gün işğaldan azad edilmiş kəndlərə köçmək istəyən Qərbi Azərbaycan qaçqınlarının bir hissəsi də 1991-1992-ci illərdə, o vaxtkı hakimiyyət tərəfindən Bakıdakı evlərindən zorla çıxarılıb, Hadrut, Ağdərə rayonlarının kəndlərində məskunlaşdırılmış, bir-iki il yaşadıqdan sonra ikinci dəfə qaçqın düşmüş insanlardır. Bu gün o insanlar həmin kəndlərə dönməyi tamamilə doğrudur və mən elə hesab edirəm ki, onların bu istəyi müvafiq dövlət qurumları tərəfindən də anlayışla qarşılanacaqdır.

 

 -  Eşitdiyimizə görə, bu gün qaçqınlar Qarabağda məskunlaşmaq üçün daha çox Azərbaycan Qaçqınlar Cəmiyyətinə müraciət edirlər...

 

-  Bəli, Azərbaycan Qaçqınlar Cəmiyyəti 30 il əvvəl Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olmaq üçün Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılıb və 30 ildir respublikada Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan yeganə rəsmi qurumdur. Bizim üçün xoşdur ki, bu gün də insanlar bu təşkilata etimad göstərib, ona üz tutur. Amma təbii ki, köçürmə ilə müvafiq dövlət qurumları məşğul olacaq, bu iş “Böyük Qayıdış”ın tərkib hissəsi kimi həyata keçiriləcək. Biz, sadəcə olaraq, üzərimizə düşən vəzifəni yerinə yetirir, qaçqınlar tərəfindən bizə olunan müraciətləri qeydə alırıq.

 

 Nəzrin Vahid

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İndoneziyada 5.5 bal gücündə zəlzələ olub 8 mart 2021, 19:11 Koronavirusa yoluxanların sayı azaldı: 6 nəfər öldü 8 mart 2021, 18:12 Rusiyalı hərbçilər Qazaxla sərhəddə nə edir? – FOTO 8 mart 2021, 17:40 Daha bir ölkə turistlər üçün karantin müddətini azaldacaq 8 mart 2021, 17:29 Azərbaycan əsilli iş adamı 1 həftəyə 1,2 milyard dollar QAZANDI 8 mart 2021, 17:07 Ukraynada oynayan futbolçu Azərbaycan yığmasının üzvü ola bilər 8 mart 2021, 16:45 Bəşər Əsəd koronavirusa TUTULDU 8 mart 2021, 16:36 Bu ölkədə 8 Mart aksiyaları qadağan edilib 8 mart 2021, 16:18 Bakıda feministlər aksiya keçirməyə cəhd etdi – DİN-dən AÇIQLAMA 8 mart 2021, 16:06 Roma papasının İraqa səfəri başa çatıb 8 mart 2021, 16:01 Daha bir şəhidimizin övladı dünyaya gəldi 8 mart 2021, 15:53 Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın! 8 mart 2021, 15:39 Ölüm vadisi 530 – Ağdərə cəbhəsindəki ağır DÖYÜŞ 8 mart 2021, 15:32 Universitet professoru vəfat etdi 8 mart 2021, 15:29 Qarabağda erməni zabitlərin həbsinə BAŞLANILDI 8 mart 2021, 15:23 İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb 8 mart 2021, 15:08 Azərbaycan diasporu 8 Martı necə qeyd edir? – Diaspor liderləri ilə SORĞU 8 mart 2021, 14:55 Livanda etirazçılar əsas yolları bağlayıb 8 mart 2021, 14:44 ABŞ Türkiyəyə sanksiya tətbiq etdi, Ankara çıxış yolu TAPDI 8 mart 2021, 14:31 Kürdə batan şəxsin meyiti tapıldı 8 mart 2021, 14:14 Türkiyədə 31 FETÖ üzvü saxlanılıb 8 mart 2021, 14:03 BMT-də Ermənistanın hərbi cinayətləri ifşa edildi 8 mart 2021, 13:40 Bakıda “Niva” ilə “Mercedes” toqquşdu - Ölən var 8 mart 2021, 13:32 Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır 8 mart 2021, 13:25 Böyük qayıdışın bir addımlığında növbəti dəfə bayramı qeyd edirik 8 mart 2021, 13:17 Zəngilanda postlar quruldu - Təhlükəsizlik tədbirləri gücləndirildi 8 mart 2021, 13:10 Ceyhun Bayramov Azərbaycan xanımlarına təşəkkür etdi 8 mart 2021, 13:03 İşğaldan azad olunmuş ərazilərə keçmək istəyənlər saxlanıldı 8 mart 2021, 12:57 Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər - FOTOLAR 8 mart 2021, 12:50 Ermənilərin viran qoyduğu Zəngilanın Qaragöz kəndi - VİDEO 8 mart 2021, 12:42 Bağlanan banklarda kompensasiya ödənişləri 93 faizi təmin olunub 8 mart 2021, 12:35 FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat YAYDI 8 mart 2021, 12:28 Sabahın hava PROQNOZU 8 mart 2021, 12:21 Bir ananın monoloqu... 8 mart 2021, 12:14 Baş Prokuror Azərbaycan xanımlarını təbrik etdi 8 mart 2021, 12:07