Arxiv
19 Fevral 2021, 08:44 | DİASPOR
ABŞ-ın daha bir şəhərinin meri Xocalı soyırımı ilə bağlı qərar verdi

ABŞ-ın Florida ştatının Hallandeyl-Biç şəhərinin meriyası Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar proklamasiya dərc edib.

Modern.az xəbər verir ki, şəhərin meri xanım Coy Kuper tərəfindən imzalanan proklamasiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 600-dən çox günahsız vətəndaşın, o cümlədən qadınların və uşaqların öldürülməsindən danışılır.

Sənəddə qeyd edilir ki, “Human Rights Watch” hüquq müdafiə təşkilatının əlindəki dəlillərə əsasən, Xocalı soyqırımı regionda ən böyük hərbi cinayətdir. Xocalı qətliamının Amerikanın 20 ştatı tərəfindən tanındığı qeyd olunur. Xocalı hadisələrinin dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsinin və onların tolerantlığının vacib olduğunu göstərdiyi üçün mer Coy Kuper 2021-ci il fevralın 26-nı Hallandeyl-Biç şəhərində Xocalı qırğınının 29-cu ildönümü günü elan edib.

Sənəd Florida ştatının Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramovaya təqdim olunub. Qeyd edək ki, hazırda ABŞ Azərbaycanlıları Şəbəkəsi illik Amerika ictimaiyyətinin Xocalı qətliamı haqqında məlumatlandırma kampaniyasını keçirir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
DİM vətəndaşlara müraciət etdi 3 Dekabr 2021, 16:53 “The Banker” ABB-ni “İlin bankı” elan etdi! 3 Dekabr 2021, 16:50 Mina axtarışında ilk dəfə itlərdən istifadə olundu 3 Dekabr 2021, 16:46 Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb 3 Dekabr 2021, 16:43 Azərbaycan və Ermənistan arasında vəziyyət həssas olaraq qalmaqdadır  3 Dekabr 2021, 16:40 UNEC İqtisadi Forumu: “Postpandemiya dövründə biznes transformasiyası” 3 Dekabr 2021, 16:35 Xaricdə alınan 67 diplom TANINMADI 3 Dekabr 2021, 16:30 Qubada əl qumbarası tapılıb 3 Dekabr 2021, 16:26 Lirə rekord həddə ucuzlaşdı 3 Dekabr 2021, 16:21 Azərbaycan və Ukrayna XİN başçılarının görüşü olub 3 Dekabr 2021, 16:16 Narkotik satanlar saxlanıldı 3 Dekabr 2021, 16:10 NATO-nun Mobil təlim qrupu Azərbaycanda 3 Dekabr 2021, 16:05 2 ölkə nazirləri görüşdü 3 Dekabr 2021, 16:00 “Tofiq Yaqubluya edilən zorakılığı təxribat hesab edirəm” 3 Dekabr 2021, 15:54 “Addım-addım Vətən”nin BAĞLANIŞI 3 Dekabr 2021, 15:48 Qarabağa mal-qaranın köçürülməsinə hazırlıqlar gedir 3 Dekabr 2021, 15:42 Türkiyə-Azərbaycan birgə universitetin fəaliyyət istiqamətləri AÇIQLANDI 3 Dekabr 2021, 15:36 Kəlbəcərin Tutxun təzahüründə geoloji-axtarış işlərinə başlanılıb - Nazir 3 Dekabr 2021, 15:30 “Pensiya ilə yanaşı, müavinətlər də artacaq” 3 Dekabr 2021, 15:24 Füzulidə karantin nöqtələri yaradılacaq 3 Dekabr 2021, 15:18 Avtomobildən 10 min manatdan artıq pul oğurlandı - VİDEO 3 Dekabr 2021, 15:12 “Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ 3 Dekabr 2021, 15:06 Hərbçimizə hücum edən erməni zərərsizləşdirildi 3 Dekabr 2021, 15:00 Naftalanda Beynəlxalq Əlillər Günü 3 Dekabr 2021, 14:56 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su hansı ölkədə DİNLƏNİLƏCƏK? 3 Dekabr 2021, 14:52 GDU-da Elmi Şuranın iclası 3 Dekabr 2021, 14:46 “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirildi 3 Dekabr 2021, 14:40 Narkotacirə 15 il həbs cəzası verildi 3 Dekabr 2021, 14:34 Məsud Aşina Türkiyədə beynəlxalq mükafata layiq görüldü 3 Dekabr 2021, 14:28 Məktəb direktoru karantinə alındı 3 Dekabr 2021, 14:23 Aşıq Ələsgər poeziyamızda şərəfli yer tutur 3 Dekabr 2021, 14:18 “Bu təxribatın arxasında kim dayanırsa, tapılmalıdır” - Deputat 3 Dekabr 2021, 14:14 Nazirlə deputat ağac əkdilər   3 Dekabr 2021, 14:08 16 saylı cəzaçəkmə müəssisəsində 14 nəfər azadlığa çıxdı 3 Dekabr 2021, 14:03 Paşinyan iclas keçirib - Bakı ilə imzalanacaq yeni sənədi müzakirə edib 3 Dekabr 2021, 14:00
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?