Modern.az

Bu ərazilərdə “Kənddən şəhərə” yarmarkası başlanır - ÜNVANLAR

Bu ərazilərdə “Kənddən şəhərə” yarmarkası başlanır - ÜNVANLAR

İqtisadiyyat

19 Fevral 2021, 09:06

Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən 19-21 fevral tarixlərində Bakı və Abşeron ərazisində üç fərqli nöqtədə “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunur.

 

Yarmarkalarda birbaşa fermerlər tərəfindən təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçiriləcək.

 

ASC-dən Modern.az-a verilən məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir.

 

Qeyd edək ki, yarmarka karantin rejiminin tələblərinə tamamilə əməl olunmaqla keçirilir. Yarmarkada əvvəlcədən qeydiyyatdan və tibbi müayinədən keçən fermerlər iştirak edirlər. Onlar ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunublar. Yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya tədbirləri aparılacaq, yarmarkaya daxil olan vətəndaşların temperaturları ölçüləcək və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzərət olunacaq.

 

“Kənddən şəhərə” həftəsonu yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

 

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub