Arxiv
20 Fevral 2021, 14:52 | ƏDƏBİYYAT
Müsəlman ata ilə xristian oğlunun görüşü - Mirzə Kazımbəylə bağlı XATİRƏ

Gənc Mirzə Kazımbəy (əsl adı Məhəmməd Əli)  Həştərxanda şotland missionerlərinin təlqini ilə xristianlığı qəbul edəndən sonra missiyanın iqamətgahında yaşayırdı. Atasına çox bağlı olduğundan ilk günlər ondan ayrı necə qalacağını heç cür təsəvvürünə gətirə bilmirdi. Buna görə də missiyada bir neçə gün keçirəndən sonra sonra atasının yanına vasitəçi göndərib onunla görüşmək istədiyini bildirmişdi. Hacı Qasımbəy görüş təklifindən boyun qaçırmamışdı, amma şərt qoymuşdu ki, onu oğlu kimi yox, hər hansı bir ingilis, fransız, ümumiyyətlə bir xaçpərəst kimi qəbul edəçək.


Hacı Qasımbəy neçə günlük intizardan sonra oğlunun yolunu səbirsizliklə közləyirdi. Nəhayət, Məhəmməd Əli gəlib çıxanda ata heç kimin onların söhbətinə mane olmaması üçün qapını bağlamışdı. Mirzə Kazımbəyin qızı O. A. Baratınskaya - Kazımbəy (1843-1918) "Russkiy arxiv" jurnalında atasının söhbətlərinə əsasən görüşü belə təsvir etmişdi:

«Onlar uzun müddət ağladılar. Oğlunun dinindən üz döndərməsinə baxmayaraq ata ürəyinin övladına təbii bağlılığı qətiyyən azalmamışdı, Məhəmməd Əlinin atasına bəslədiyi məhəbbət isə lap artmışdı. Hacı Qasımbəy daha oğlunu qınamırdı, ancaq tez–tez deyirdi ki, görünür, şeytan onun ürəyinə yol tapıb; yoxsa öz Peyğəmbərindən və qoca atasından üz döndərməzdi».


Mirzə Kazımbəy isə həmin görüşün – müsəlman ata ilə xristian oğulun ilk görüşünün təfərrüatlarını belə xatırlayırdı:

«Atam ayağa qalxdı ki, məni öpsün, lakin birdən yadına nə isə düşmüş kimi dayandı: «Sən pak deyilsən, mən səni necə öpə bilərəm?».
O, ikinci dəfə ayağa qalxdı, amma yenə də bir qərara gələ bilməyib oturdu. Nəhayət, atalıq hissi ürəyindəki xurafat xofuna qalib gəldi, yaxınlaşıb məhəbbətlə gözlərimdən, yanaqlarımdan, alnımdan öpdü. Sonra isə gedib ağzını bir neçə dəfə yaxaladı. Çünki dodaqları napak oğluna toxunmuşdu...».


Hacı Qasımbəy oğlunu başa düşə bilməsə də, xüsusən tək qaldığı vaxtlarda onun tutduğu işdən dəhşətə gəlsə də, saatlarla günahının bağışlanması üçün Allaha dua etsə də, ürəyindəki atalıq hissini boğa bilmirdi. Dindar qoca başqalarının yanında oğluna bəslədiyi hissləri büruzə vermirdi. Tək qalanda isə onunla əvvəlki kimi mehriban rəftar edir, sonra da öz hərəkətindən xofa düşür, dəhşətə gəlirdi.

Qəzəbin və peşmançılığın ilk dalğası keçib getmişdi. Sarsılmış, ümidini itirmiş Hacı Qasımbəy artıq hər şeyi Allahın iradəsinə baqlayırdı: «Görünür, qəzanın qədəri belə imiş ki, oğlum kafir olsun. Kim Allahın hökmünə qarşı çıxa bilər?».


Görüşlərinin birində ata oğluna bildirmişdi ki, onun dinindən üz döndərməsi xəbəri Dərbəndə çatıb və ailənin çoxsaylı qohumlarını dəhşətə gətirib. Onlar cavan Məhəmməd Əliyə artıq dünyadan köçmüş adam kimi yas məclisi qurublar, qadınlar müsəlman adətincə paltarlarını ortalığa töküb ağlayıblar...


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda dəhşət - oğul anasını çəkiclə öldürdü 13 Aprel 2021, 11:43 Azərbaycanın sabiq və hazırkı XİN rəhbərləri GÖRÜŞDÜ 13 Aprel 2021, 11:38 Qüdrət Həsənquliyev deputat həmkarlarına SƏSLƏNDİ 13 Aprel 2021, 11:33 Zahid Oruc: ”Düşmən Qarabağı özü üçün məzarlığa çevirdi” 13 Aprel 2021, 11:28 “Hərbi Qənimətlər Parkının açılışı tarixi zəfərin təqdimatı idi” - Musa Quliyev 13 Aprel 2021, 11:25 Parlamentdə bələdiyyələrdən NARAZILIQ: “Fəaliyyəti dayandırılmalıdır” 13 Aprel 2021, 11:24 Türk dövlətlərinin birliyi həm də media birliyindən keçir 13 Aprel 2021, 11:22 Hərbi qənimətlər parkı 13 Aprel 2021, 11:19 “Müharibədən sonrakı vəziyyət çox kövrəkdir” - Prezident 13 Aprel 2021, 11:14 Ermənistan müxalifətində parçalanma – Sarkisyan Koçaryana QARŞI 13 Aprel 2021, 11:10 Həftəlik hava PROQNOZU 13 Aprel 2021, 11:09 Xocalı soyqırımını heç vaxt unutmayacağıq - İlham Əliyev 13 Aprel 2021, 11:04 İmişlidə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 13 Aprel 2021, 11:00 Ordumuzun sülhməramlı bölmələrində təlimlər keçirilib - VİDEO 13 Aprel 2021, 10:55 Sahil Babayevin 1686 əməkdaşı CƏZALANDIRILDI 13 Aprel 2021, 10:50 “Baku Steel Company”dəki qəza ilə bağlı AÇIQLAMA 13 Aprel 2021, 10:46 Zelenski: “Rusiya Ukrayna-Qərb münasibətlərini sınağa çəkir” 13 Aprel 2021, 10:41 Azərbaycan bu xarici universitetlərin diplomlarını tanımır - SİYAHI 13 Aprel 2021, 10:40 Təyyarəçi olmaq istəyən jurnalist - Osman Mirzəyev - FOTOLAR 13 Aprel 2021, 10:36 İlham Əliyev: “Azad etdiyimiz ərazilərdəki dağıntılar gözlədiyimizdən də artıq idi” 13 Aprel 2021, 10:32 Agentlik nöqsanlar aşkarlanan restoranı BAĞLADI 13 Aprel 2021, 10:28 “Sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur” - Vüqar Bayramov 13 Aprel 2021, 10:22 “Münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var” - Prezident 13 Aprel 2021, 10:17 Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq 13 Aprel 2021, 10:12 “Ramazan ayı ötənilki qaydalar çərçivəsində keçiriləcək” - Hacı Şahin 13 Aprel 2021, 10:06 Qafqaz Müsəlmanları İdarəsində seçkilər: gündəmdə deyil 13 Aprel 2021, 10:00 Prezident universitetdə çıxış edir - CANLI 13 Aprel 2021, 09:54 Ötən gün 8 koronavirus xəstəsi yaxalandı, 3 nəfərə cinayət işi açıldı 13 Aprel 2021, 09:48 DİM bu tarixlərdə 25 şəhər və rayonda buraxılış imtahanı keçirəcək 13 Aprel 2021, 09:42 Azərbaycanda yaşa görə pensiya alanların sayı AÇIQLANDI 13 Aprel 2021, 09:36 Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı 13 Aprel 2021, 09:30 Oruc tutmaq koronavirusa yoluxmaq ehtimalını artırır? 13 Aprel 2021, 09:24 Deputatlar bu gün 9 məsələyə görə TOPLAŞIR 13 Aprel 2021, 09:18 Neftin bahalaşması davam edir 13 Aprel 2021, 09:12 "İnstaqram"ın işində problem yarandı 13 Aprel 2021, 09:06