Modern.az

Nigeriyada təyyarə qəzaya uğradı

Nigeriyada təyyarə qəzaya uğradı

21 Fevral 2021, 16:59

Nigeriyanın paytaxtı Abuci şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb.

 

Modern.az “Vanguard” qəzetinə istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, pilot təyyarəni yaşayış məhəllələrindən uzaqlaşdıra bilib və o, boş sahəyə düşərək tamamilə yanıb. Nəşrin dərc etdiyi fotolarda təyyarənin düşdüyü yerdən qatı tüstü qalxdığı görünür. Zərər çəkənlər barədə məlumat verilməsə də, ölənlər olduğu ehtimal edilir.

 

Reuters agentliyi öz növbəsində təyyarənin Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus olduğunu bildirir. Məlumata görə, təyyarə Abuci aeroportuna enməyə hazırlaşırmış.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı