Modern.az

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru iranlı həmkarı ilə görüşdü

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru iranlı həmkarı ilə görüşdü

21 Fevral 2021, 17:30

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi, Tehranda İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə görüşüb. 

 

Modern.az-ın məlumatına görə, bu səfər BAEA baş katibinin istəyi ilə baş tutub.

 

Qeyd edək ki, İran BAEA-a rəsmi məktub ünvanlayaraq  fevral ayının 23-dən  Beynəlxalq Atom Enerjisi Agentliyinin İran nüvə obyektlərinə qəfil yoxlamaları dayandıracağını və bu addımın İran  Hərtərəfli Birgə Fəaliyyət Planının 26 və 36-cı maddəlrinə uyğun və Avropa ölkələrinin öhdəliklərini yerinə yetirməməsinə cavab olaraq atılacağını bildirib.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir