Modern.az

Deputat yenə Quba hadisələrinin məhkəməsindən danışdı

Deputat yenə Quba hadisələrinin məhkəməsindən danışdı

Təhsil

27 Avqust 2012, 16:40

Ötən həftə Qubada baş verən hadisələrdə həbs olunan şəxslərin cinayət işi üzrə məhkəmənin ilk hazırlıq iclası keçirilib. Məhkəmə prosesindən sonra Quba olaylarında təqsirli bilinən şəxslərin yaxınları onlara qarşı irəli sürülən ittihamları əsassız sayaraq istintaqın düzgün aparılmadığını bildiriblər.

53 saylı Quba-Qusar seçki dairəsindən seçilən millət vəkili Yevda Abramov Modern.az-a açıqlamasında səslənən iradları əsassız sayaraq, istintaqın hüquq-mühafizə orqanları tərəfindən obyektiv aparıldığını bildirib. “Bildiyimiz kimi, artıq məhkəmənin ilk  hazırlıq iclası keçirilib. Mən bu prosesləri izləmirəm. Sadəcə olaraq qeyd edə bilərəm ki, hüquq-mühafizə orqanları tərəfindən proses obyektiv araşdırılıb. Müstəntiqlər də öz işlərini yerinə yetirərək, faktlar əsasında hadisəni düzgün araşdırıblar. Hesab edirəm ki, Quba məhkəməsi cinayət işinə hüquqi baxımdan obyektiv qiymət verəcək”, - deyə Y.Abramov vurğulayıb.

Quba hadisələrində təqsirli bilinən şəxslərin Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunsalar da, daha sonra onlara qarşı 186.2.1. (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2. (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) və 315.2-ci (xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə yeni ittihamlar  irəli sürülüb.

Anar RÜSTƏMOV  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü