Modern.az

Dövlət qurumunda işləmək istəyənlərə yeni xəbər

Dövlət qurumunda işləmək istəyənlərə yeni xəbər

Təhsil

28 Avqust 2012, 10:39

Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar test imtahanı keçiriləcək. Bu barədə Dövlət Miqrasiya Xidmətindən Modern.az-a verilən məlumata görə, test imtahanları sentyabrın 2-də keçiriləcək.

Bildirilib ki, müsabiqənin test mərhələsi 2012-ci il sentyabr ayının 2-də  Bakı şəhəri, Möhsün Sənani küçəsi 14 ünvanında – Bakı Qızlar Universitetinin inzibati binasında saat 11:00-da keçiriləcəkdir.

Qulluğa qəbul ilə bağlı müraciət etmiş namizədlər “İmtahana buraxılış vərəqəsi ”ni 30 avqust  2012-ci il tarixədək (30 avqust daxil olmaqla) saat 09:00-dan saat 17:00-a qədər Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanından - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Aparatından əldə edə bilərlər.

Qeyd edək ki,  Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar sənəd qəbulu iyulun 2-dən avqustun 3-dək davam edib.

Anar RÜSTƏMOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır