Modern.az

Paytaxtda sərnişin avtobusu piyadanı vurdu

Paytaxtda sərnişin avtobusu piyadanı vurdu

24 Fevral 2021, 22:53

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

 

Metronun “Qara Qarayev” stansiyasının yaxınlığında sərnişin avtobusu yolu keçən 1988-ci il təvəllüdlü Qarayev Məhəmməd Ramiz oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

Yaralıya baş nahiyəsinin əzilmiş və cırılmış diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır (report).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir