Modern.az

Rusiya Müdafiə Nazirliyindən “İsgəndər” AÇIQLAMASI

Rusiya Müdafiə Nazirliyindən “İsgəndər” AÇIQLAMASI

Aktual

25 Fevral 2021, 19:40

Rusiya Müdafiə Nazirliyi “İsgəndər” raketləri ilə bağlı açıqlama verib.

 

Modern.az Nazirliyin saytına istinadən xəbər verir ki, qurum Qarabağda bu raket kompleksinin tətbiq olunmadığını açıqlayıb.

“Qarabağda “İsgəndər-M” tətbiq olunmayıb. Bütün raket ehtiyatları hərbi anbarlarda saxlanılır”- deyə açıqlamada deyilir.

 

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan “İsgəndər” raketlərini Qarabağda döyüşlər zamanı tətbiq etdiklərini lakin raketlərin partlamadığını yaxud 10%-nin partladığını açıqlamışdı.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı