Modern.az

Azərbaycan kommunistləri dünyanın 153 ölkəsinə Xocalı bəyanatı göndərdi

Azərbaycan kommunistləri dünyanın 153 ölkəsinə Xocalı bəyanatı göndərdi

26 Fevral 2021, 13:44

Azərbaycan Kommunist Partiyası (AKP) Xocalı faciəsini Azərbaycan xalqına qarşı erməni faşistləri tərəfindən törədilmiş soyqırımı kimi qiymətləndirir.

Bu fikirləri Modern.az-a AKP sədri Rauf Qurbanov deyib. O qeyd edib ki, AKP bütün dünya ictimaiyyətindən bu qətliamı törətmiş insanların əməllərinə siyasi qiymət verilməsini və onların törətdikləri cinayət əməllərinə görə məhsuliyyətə cəlb olunmasını tələb edir:

“Fevralın 25-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin adından dünyanın 153 ölkəsində fəaliyyət göstərən kommunist  və digər sol partiyaların elektron poçtuna Xocalı faciəsi ilə əlaqədar bəyanatlar göndərilib.

Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsi bir daha Azərbaycan xalqına Xocalı faciəsi ilə əlaqədar dərin hüznlə başsağlığı verir və dünyasını dəyişmiş insanların ruhuna Allahdan dua diləyir! Allah cəmi ölənlərə və şəhidlərimizə rəhmət eləsin!”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir