Modern.az

“Xocalı Muzeyi” yaradılsın - Ümid Partiyasından TƏKLİF

“Xocalı Muzeyi” yaradılsın - Ümid Partiyasından TƏKLİF

26 Fevral 2021, 14:05

“Bu gün əsrin faciəsi olan Xocalı soyqırımının törədilməsindən 29 il ötür. Xocalı soyqırımının dünyada tanınması və bu faciəyə siyasi qiymətin verilməsi üçün Azərbaycan dövlətinin koordinasiyası ilə siyasi institutlar, Qeyri-Hökümət Təşkilatları, diaspor təşkilatları bu istiqamətdə davamlı fəaliyyət göstərməlidir”.

Modern.az xəbər verir ki, bu barədə Ümid Partiyasının Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı dərc etdiyi bəyanatda qeyd edilib.

Bəyanatı təqdim edirik:

“Ümid Partiyası olaraq, Xocalının faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması istiqamətində hakimiyyətə təkliflərlə çıxış etmiş, sədrimiz İqbal Ağazadə beynəlxalq konfranslar zamanı dünya ictimaiyyəti qarşısında bu faciəni törədənlərə qarşı tələblərimizi dəfələrlə irəli sürüb.

Biz Ümid Partiyası olaraq hesab edirik ki, Xocalı faciəsi şahidlərinin əlində olan əyani vəsaitlərdən istifadə etməklə “Xocalı Muzeyi” yaradılsın. Və bu Muzeyi ziyarət ölkəyə gələn rəsmi dövlət nümayəndələri üçün tərtib edilən rəsmi protokola salınsın.

Xocalı Soyqırımı ilə yanaşı, Xocalı şəhərinin azadlığı bu gün ictimaiyyətdə sual doğuran ən önəmli məsələlərdən biridir. 44 günlük Vətən Müharibəsindən sonra masa üzərində bu sualın öz həllini tapacağı istiqamətində Ümid Partiyası iqtidara təkliflər paketi ilə çıxış edib. Tezliklə Xocalı şəhərinin müqəddəratının Azərbaycanın lehinə həll olunacağına ümid edir, Xocalı soyqırımının dünyada tanınması və bu faciəni törədənlərin cəzasız qalmaması üçün haqlı mübarizəmizə davam edəcəyik.

Allah Qarabağ uğrunda canından keçən igidlərimizə, ərazimizin bütövlüyü uğrunda qurban gedən şəhidlərimizə rəhmət etsin!”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi