Arxiv
26 Fevral 2021, 19:45 | AKTUAL
NATO-nun mənzil-qərargahında Xocalı qurbanları anılıb - FOTO

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi tərəfindən NATO-nun mənzil-qərargahında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

Nümayəndəlikdən Modern.az-a verilən məlumata görə, tədbirdə NATO yanında akkreditə olunan diplomatik nümayəndəliklərin üzvləri tədbirdə iştirak ediblər. Nümayəndəliyin başçısı Qaya Məmmədov Azərbaycan Respublikasının 1991-ci ildə müstəqillik əldə etməsindən sonra Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasəti haqqında məlumat verdi. O, 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Ermənistan ordusu tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş qırğının geniş miqyaslı etnik təmizləmə həyata keçirmək üçün düşünülmüş soyqırımı aktı olduğunu bildirib.

 

O, Vətən Müharibəsi nəticəsində Azərbaycan ordusunun işğal olmuş əraziləri azad etdiyini və bununla da regionda sülh və birgə yaşayış üçün imkanlar yarandığını qeyd edib. Eyni zamanda, azərbaycanlılara qarşı törədilmiş soyqırımı və müharibə cinayətlərinin günahkarlarının məsuliyyətə cəlb olunmasının sülhün bərqərar olunması üçün ön şərtlərdən olduğunu vurğulayıb.

 

Tədbirdə çıxış edən Türkiyə Respublikasının NATO-dakı daimi nümayəndəsi Basat Öztürk, 30 il Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqlarının azad edilməsini Azərbaycanın böyük uğuru və regionun rifahı üçün əlverişli imkan olduğunu ifadə edib. B. Öztürk Türkiyənın Xocalı faciəsi və Vətən Müharibəsində həyatlarını itirənləri unutmayacağını, region ölkələrinin iştirakı ilə bölgədə sülh və sabitliyin əldə olunması istiqamətində səy göstərəcəklərini bildirib.

 

Tədbir iştirakçıları sonda Xocalıda həyatlarını itirmiş günahsız insanların əziz xatirəsini ehtiramla yad ediblər.

 

NATO-nun mənzil-qərargahında Xocalı soyqırımını anım tədbiri keçirilib (FOTO) - Gallery Image NATO-nun mənzil-qərargahında Xocalı soyqırımını anım tədbiri keçirilib (FOTO) - Gallery Image NATO-nun mənzil-qərargahında Xocalı soyqırımını anım tədbiri keçirilib (FOTO) - Gallery Image NATO-nun mənzil-qərargahında Xocalı soyqırımını anım tədbiri keçirilib (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05 “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” - Sabir Rüstəmxanlı 23 Aprel 2021, 13:00 ATU-da yeni TƏYİNAT 23 Aprel 2021, 12:56 “Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik” - Fazil Mustafa 23 Aprel 2021, 12:52 Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA 23 Aprel 2021, 12:46 Polşa səfiri Rusiya XİN-ə çağırıldı 23 Aprel 2021, 12:42 Nazirlikdən hava XƏBƏRDARLIĞI 23 Aprel 2021, 12:37 Sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı artıb - Nazir 23 Aprel 2021, 12:32 Ronaldu maaşının azaldılmasına razıdır - "Mançester Yunayted"ə keçidi üçün 23 Aprel 2021, 12:28 Siyavuş Novruzov insan alverindən DANIŞDI: “...filmlər çəkilir” 23 Aprel 2021, 12:27 "Bu, etibarlı münasibətlərimizə kölgə salmaq deməkdir" - Ülvi Quliyev 23 Aprel 2021, 12:25 Bakıda məktəbdən “AK-74” avtomatı oğurlanıb 23 Aprel 2021, 12:22 İcra başçısı COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub 23 Aprel 2021, 12:17 İnsan alverinə səbəb olan erkən nikahların qarşısı alınmalıdır - Deputat 23 Aprel 2021, 12:12 I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək 23 Aprel 2021, 12:06 Hindistanda oksigen BÖHRANI 23 Aprel 2021, 12:00 Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək 23 Aprel 2021, 11:54 Avtomobillə yüklərin daşınmasına DİN nəzarət edəcək - Qərar 23 Aprel 2021, 11:53 “Turizmi canlandırmaq üçün qaydalar dəyişdirilməlidir” - Deputat 23 Aprel 2021, 11:49