Arxiv
26 Fevral 2021, 20:00 | AKTUAL
İƏT-in Parlament İttifaqı Xocalı ilə bağlı bəyanat YAYDI

Daim Azərbaycana dəstək verən, Xocalı soyqırımını tanıyan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqı Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə bəyanat verib. Sənəd qurumun rəsmi saytında (en.puic.org) dərc olunub.

 

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, bəyanatda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğal olunmasından və mülki əhaliyə qarşı törədilən soyqırımından 29 il ötdüyü bildirilir. Qeyd olunur ki, həmin gecə sağ qalmaq üçün ən yaxın təhlükəsiz bölgəyə qaçmağa çalışan mülki şəxslər pusquya salınaraq vəhşicəsinə öldürülüb, bir qismi isə girov götürülüb.

 

Xocalı soyqırımı qurbanlarına dair rəsmi faktların yer aldığı sənəddə bildirilir ki, faciədə 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilib: diri-diri yandırılıb, başları kəsilib və ya gözləri çıxarılıb, hamilə qadınların qarnına süngü saplanıb, şəhər yerlə-yeksan edilib.

 

Bəyanatda vurğulanır ki, Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlər, o cümlədən soyqırımı cinayəti beynəlxalq hüquq normalarına, humanitar və insan hüquqlarına ziddir, 1949-cu il Cenevrə Konvensiyası müddəalarının və bu qisimdən olan bir sıra qanunvericilik aktlarının ciddi şəkildə pozulması ilə müşayiət olunub.

 

Bildirilir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi bu cinayətə hüquqi-siyasi qiymət verib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq miqyasda həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya yayılması və bu faciənin tanınması istiqamətində məqsədyönlü addım olub.

 

Məlumat verilir ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktı ilə bağlı müvafiq qərarlar qəbul edilib. Xocalı soyqırımı Pakistan, Meksika, Bosniya və Herseqovina, Çexiya, İordaniya, Peru, Kolumbiya, Paraqvay, Honduras, Əfqanıstan, İndoneziya və digər ölkələrin parlamentlərində müzakirə olunaraq bu cinayəti pisləyən siyasi sənədlər qəbul edilib, Xocalı soyqırımı tanınıb. Bəyanatda vurğulanır ki, Xocalı soyqırımı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən də rəsmən tanınıb və qınanılıb.

 

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının yaydığı bəyanatda qeyd olunur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatı nəticəsində öz torpaqlarını işğaldan azad edib. 2020-ci il noyabrın 10-da tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarılıb. Beləliklə, ölkənin ərazi bütövlüyü bərpa olunub.

 

Bəyanatın yekununda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir daha yad edilir, onlara Allahdan rəhmət dilənilir. Beynəlxalq hüququn norma və prinsiplərinə istinadən ümid ifadə olunur ki, ədalət gec-tez öz yerini tapacaq, Xocalı soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI 23 Aprel 2021, 15:11 Siyavuş Novruzov “Mirələmovun videosu”ndan YAZDI: “…hüquqi məsuliyyət doğurur” 23 Aprel 2021, 15:10 YAP Hüseynbala Mirələmovun məsələsini müzakirə edir 23 Aprel 2021, 15:08 Azərbaycanda əcnəbilərin müvəqqəti olma müddəti uzadıldı 23 Aprel 2021, 15:06 BANM-nin tələbələri “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsində qalib oldu 23 Aprel 2021, 15:04 Universitetlər irəliyə getmək üçün müvafiq səlahiyyətlərə malik olmalıdır - Rektor 23 Aprel 2021, 15:00 Yeni uğurlar əldə olunur 23 Aprel 2021, 14:56 Deputat orta məktəblərdə dini dərslərin keçirilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:53 “Bu qanun layihələri Prezidentin tövsiyələrinə tam uyğundur” - Əli Hüseynli 23 Aprel 2021, 14:48 Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək 23 Aprel 2021, 14:42 “Ümid edirik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək” 23 Aprel 2021, 14:37 Kütləvi dini ibadət və mərasimlərin icazəsiz keçirilməsi qadağan olunur 23 Aprel 2021, 14:32 Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05 “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” - Sabir Rüstəmxanlı 23 Aprel 2021, 13:00 ATU-da yeni TƏYİNAT 23 Aprel 2021, 12:56 “Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik” - Fazil Mustafa 23 Aprel 2021, 12:52 Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA 23 Aprel 2021, 12:46 Polşa səfiri Rusiya XİN-ə çağırıldı 23 Aprel 2021, 12:42 Nazirlikdən hava XƏBƏRDARLIĞI 23 Aprel 2021, 12:37