Modern.az

Ermənistan prezidenti bu gün Baş Qərargah rəisi ilə bağlı qərar verməlidir

Ermənistan prezidenti bu gün Baş Qərargah rəisi ilə bağlı qərar verməlidir

Aktual

27 Fevral 2021, 15:26

Ermənistan prezidenti Armen Sarkisyan son iki gündə ikinci dəfə ordunun Baş Qərargah rəisi Onik Qasparyanla görüşüb.

 

Modern.az bu barədə erməni mətbuatına istinadən məlumat verir.

Qeyd edək ki, ötən gün prezident O.Qasparyanın iqamətgahına getmişdi. Bu gün isə görüşün prezident iqamətgahında keçirildiyi deyilir.

 

Xatırladaq ki, Baş Qərargah rəisi fevralın 25-i bəyanat yayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Əvəzində N.Paşinyan O.Qasparyannı vəzifədən azad etdiyini deyərək istefa sənədini imzalamaq üçün prezident A.Sarkisyana təqdim edib.

A.Sarkisyan isə həmin sənədi imzalamayıb. O yekun qərarı bu gün verməlidir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu