Modern.az

ABŞ Konqresmeni Xocalı soyqırımı ilə bağlı bəyanat verib

ABŞ Konqresmeni Xocalı soyqırımı ilə bağlı bəyanat verib

Aktual

27 Fevral 2021, 15:57

ABŞ-ın Illinoys ştatının Nümayəndələr Palatasının üzvü, Konqresmen Kam Bukner Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, bəyanatda qeyd edilib ki, 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində  faciə baş verib. 366-cı alayın köməyi ilə Ermənistan silahlı qüvbələrinin şəhərə hücumu xaos, şiddət və kütləvi soyqırımı ilə nəticələnib: “29 il sonra Azərbaycan və beynəlxalq ictimaiyyətin tarixindəki o ağrılı gündə qətlə yetirlimiş günahsız mülki şəxslərin itirilmiş həyatlarını və xatirələrini hörmətlə anırıq.

 

O gün qətlə yetirilmiş 613 nəfərin və yaralanan 1000-dən çox adamın ailə üzvlərinə səbr, ədalət, sülh və beynəlxalq hüququn aliliyi uğrunda davamlı mübarizədə uğur dləyirəm".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir