Arxiv
28 Fevral 2021, 11:35 | QARABAĞ
Maksim Şevçenko: “Gəncəyə raketin atılması Xocalının davamı idi”

“Xocalı soyqırımını heç kəs unutmamalıdır. Biz bu faciənin baş vermə səbəbini anlamalıyıq. Bunun səbəbi Azərbaycan və erməni xalqı arasındakı münaqişə deyil. Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbə ilə əslində erməni xalqını da azad etmiş oldu.

 

Modern.az-ın verdiyi məlumata görə, bunu rusiyalı jurnalist, ictimai xadim Maksim Şevçenko Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsində çıxışında bildirib.

 

M. Sevçenko deyib ki, ermənilər nə vaxtsa bunu anlayacaqlar: “Mənə elə gəlir ki, artıq anlamağa başlayıblar. Cənubi Qafqaz əməkdaşlıq zonası olmalıdır. İnsanlar müharibə etməməlidirlər. Düşünməməlidirlər ki, burada Strabon, Heredot dövründə kim yaşayıb. Onlar ticarət, həyatlarını yaxşılaşdırmaq haqqında düşünməlidirlər. Sərhədləri açmalıdırlar. Milliyyətçilikdən əl çəkməlidirlər”.

 

Rusiyalı jurnalist qeyd edib ki, İkinci Qarabağ müharibəsində Gəncəyə raketin atılması Xocalının davamı idi: “Mən bu hadisədən sonra Gəncədə, “Skad” raketlərinin düşdüyü yerdə oldum. Raketin atıldığı yerdə heç bir hərbi obyekt yox idi. Bu, dinc əhalini məhv etmək üçün atılmışdı. Bu raketi atanlarla Xocalını törədənlər eyni adamlardı. Gəncə terroru Xocalının davamı idi. Nə qədər ki, Rusiyada, Ermənistanda, Avropada, Qərbdə olan məlum milliyyətçi qüvvələr layiqli qiymətini almayacaq, bunun davam olacaq. Əziz azərbaycanlılar, biz Rusiya xalqının nümayəndələri, dünyanın sağlam düşüncəli insanları sizinləyik, nasimzə, rasizmə qarşı mübarizədə sizinləyik. Ona görə də, Xocalı yaddaşı sadəcə kədərli gün deyil, həm də bizim mübarizəmizin davam etməsidir. İkinci Qarabağ müharibəsi təkcə torpaqların işğaldan azad edilməsi, Xocalının qisası deyil, həm də vaxtı ilə babalarımızın vuruşduğu nasizmə qarşı müharibə idi. Təəssüflər olsun ki, biz bu gün Rusiyada ikili standartlı yanaşmanı görürük. Haqlı mövqeyi olan azərbaycanlı jurnalist işini itirir, lakin Azərbaycanı açıq təhqir edən deputat Vitali Milonov barəsində heç bir tədbir görülmür. Milonovun Azərbaycana münasibətdə nasist fikirlərinə Rusiya cəmiyyəti tərəfindən heç bir qiymət verilmədi”.  

 

M.Şevçenko Xocalı faciəsinin nasistlərin törətdiyi hərbi cinayət olduğunu söyləyib: “Onlar bunu ərazinin etnik təmizlənməsi üçün etmişdilər. Bu cür cinayətlərə Nürnberq tribunalında baxılır. Xocalı cinayəti də öz qiymətini almalıdır. Hesab edirəm ki, beynəlxalq səviyyədə buna qiymət verilməlidir. Bu, azərbaycanlılarla ermənilər arasındakı məsələ deyil. Əminəm ki, bir çox ermənilər Xocalı faciəsinin detallarını biləndən sonra ona nifrətlə baxacaqlar. Düşünürəm ki, erməni xalqı Xocalıda nasistlərin törətdiklərini biləndən sonra həmin qüvvələrdən imtina edəcəklər. Ona görə də, nə qədər ki, Xocalının beynəlxalq səviyyədə tanınmasına nail olmamışıq, bu günü biz hər gün xatırlamalıyıq. Bu, ermənilərin əleyhinə, azərbaycanlıların xeyrinə deyil, bu, nasizmin əleyhinə, insanlığın və ədalətin lehinədir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Paşinyanın Sünikə səfərinə etiraz edən 19 nəfərə cinayət işi açıldı 23 Aprel 2021, 21:55 Gəncədə zəncirvari qəza - ölən və xəsarət alanlar var - FOTO 23 Aprel 2021, 21:39 Bakı limanı özəl idarəetməyə verilə bilər 23 Aprel 2021, 21:25 Baydendən Ermənistan prezidenti barədə sensasiyalı açıqlama – VİDEO 23 Aprel 2021, 21:07 Güləşçimiz Avropa çempionatının finalına yüksəldi 23 Aprel 2021, 20:52 Erməni patriarx 1915-ci il hadisələrini siyasi alətə çevirməməyə çağırdı 23 Aprel 2021, 20:38 Moskvadan Bakıya gələn təyyarə Rusiyada təcili eniş etdi 23 Aprel 2021, 20:23 Müəllimlər koronavirusa yoluxdu, məktəb bağlandı 23 Aprel 2021, 20:09 Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini ilə  məsləhətləşdilər 23 Aprel 2021, 20:00 Ünvanlı dövlət sosial yardımları ödənildi 23 Aprel 2021, 19:50 Lənkəran Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE 23 Aprel 2021, 19:41 Hüseynbala Mirələmovun YAP-dan çıxarılmasına bu şəxslər “HƏ” deyiblər - SİYAHI 23 Aprel 2021, 19:09 Naxçıvan Qarnizonu Qoşunlarında rabitə bölmələri ilə taktiki-xüsusi məşğələ keçirilib - VİDEO 23 Aprel 2021, 19:00 Qubada “Sadiq dost” açıldı 23 Aprel 2021, 18:52 Senat sədrinin fəlsəfəsi: respublikaçılıq yoxsa şovinizm?! 23 Aprel 2021, 18:45 Nazirlik acından ölən atlara yardım göstərdi - FOTOLAR 23 Aprel 2021, 18:38 Merkel Almaniya Bundestaqında dindirildi 23 Aprel 2021, 18:30 Ramazana məxsus ibadətlər hansılardır? - AÇIQLAMA 23 Aprel 2021, 18:21 İranla sərhəddə bu ərazinin təhlükəsizliyi Azərbaycana həvalə OLUNDU 23 Aprel 2021, 18:14 Qarabağda daha 5 erməni cəsədi tapıldı 23 Aprel 2021, 18:07 Əli Əsədov qərar imzaladı 23 Aprel 2021, 18:00 Aİ Azərbaycanda yeni layihənin icrasına başlayır 23 Aprel 2021, 17:56 Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr mərhələli keçiriləcək 23 Aprel 2021, 17:52 Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında 23 Aprel 2021, 17:46 Koronaviruslu xəstədən rüşvət alan daha bir həkim TUTULDU 23 Aprel 2021, 17:40 Rusiyalı həkimlər Qarabağda erməniləri müalicə edirlər 23 Aprel 2021, 17:34 Prezident Universitetə rektor TƏYİN ETDİ - FOTO 23 Aprel 2021, 17:28 Yeni Səhiyyə naziri kimdir? - DOSYE 23 Aprel 2021, 17:23 Azərbaycanda 200-dək jurnalist peyvənd olunub 23 Aprel 2021, 17:20 Havadakı tozun miqdarı axşam saatlarında azalacaq 23 Aprel 2021, 17:18 Azərbaycanlı güləşçi erməni rəqibini məğlub etdi 23 Aprel 2021, 17:12 “İlin sonuna müştərilərimiz filiallarımızda əhəmiyyətli dəyişikliklər görəcəklər” 23 Aprel 2021, 17:06 Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir 23 Aprel 2021, 17:00 İcra başçısı müşavirə keçirdi - FOTO 23 Aprel 2021, 16:54 Navalnı aclıq aksiyasını dayandırdı 23 Aprel 2021, 16:48