Arxiv
28 Fevral 2021, 13:05 | ÖLKƏ
"5-ci kolon" Qələbənin dəyərini aşağı salmaq üçün şərəfsiz taktiki xətt götürdü- Əziz Ələkbərli

Azərbaycandakı söyüş kompaniyası 5-ci kalonun illər boyu nəzarət etdiyi, “yemlədiyi” sosial şəbəkə və bəzi vətəndaş cəmiyyəti “qəhrəmanları” vasitəsilə həyata keçirilir.

 

44 günlük müharibədəki möhtəşəm qələbəmizi həzm edə bilməyən məlum qüvvələr, onların Azərbaycandakı agentura şəbəkəsi – 5-ci kalon nümayəndələri Qələbədən az sonra bu Qələbənin dəyərini aşağı salmaq üçün şərəfsiz taktiki xətt götürdülər. Əvvəl-əvvəl “biz niyə Xankəndiyə, Xocalıya girmədik?”, “Biz niyə İrəvana qədər getmədik?” deyərək haray-həşir qopartdılar, Qələbəmizi inkara qalxdılar, hətta “şəhidlərimizin qanı yerdə qaldı” deyərək xalqı ayağa qaldırmağa çalışdılar. Bir buradakı bu şərəfsizlər, bir də İrəvandakı ermənilər 10 noyabr müqaviləsinin şərtlərini şübhə altına almağa, təftiş etməyə başladılar. Gördülər onların bu yalanlarına heç kəs inanmadı, gördülər Azərbaycanın 44 günlük müharibədəki qələbəsinin möhtəşəmliyini bütün dünya, hətta məğlub ermənilər belə etiraf edir, onda “taktikalarını” dəyişdilər.

 

Bu dəfə şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının “problemlərini” qabartmağa cəhd göstərdilər, ayrı-ayrı bölgələrdəki neqativ halları arayıb-axtarıb ictimailəşdirməyə, bunu kütləvi narazılığa çevirməyə çalışdılar. Dövlətin şəhid ailələri, yaralılar və müharibə iştirakçıları, onların sosial müdafiəsi, sosial problemlərinin həlli ilə bağlı bir-birinin ardınca qəbul etdiyi qərarlar, atdığı addımlar həmin antimilli qüvvələrin planlarını yenə alt-üst etdi.

 

Lakin bu şərəfsizlər yenə dayanmadılar, sosial gərginlik yaratmaq, xalqın həssas təbəqələrini dövlət qurumları ilə, hətta deputatlarla qarşı-qarşıya qoymaq üçün yeni-yeni çirkin metodlara əl atdılar, ayrı-ayrı ziyalıları, ayrı-ayrı deputatları, ayrı-ayrı məmurları hədəfə götürdülər, bilərəkdən əsassız böhtanlar, şayiələr yaydılar.

 

Həm də bu işi kişi-qadın demədən, heç bir axlaq-tərbiyə gözləmədən, Azərbaycan xalqının mənəviyyatına yaraşmayan deyim və ifadələrlə etdilər. Müharibədən əvvəl xaricdəki söyüş, təhqir kompaniyasını Azərbaycana transfer etdilər. Dəst-xətdən aydın görünür ki, xaricdəki söyüş kompaniyasına kim rəhbərlik edirdisə, ölkədəki bu şərəfsiz, alçaq kompaniyaya da həmin şəxslər rəhbərlik edir. Həm də bu kompaniyanı həmin 5-ci kalonun illər boyu nəzarət etdiyi, “yemlədiyi” sosial şəbəkə və vətəndaş cəmiyyəti “qəhrəmanları” vasitəsilə həyata keçirirlər.

 

Həm də maraqlıdır ki, Ermənistandakı siyasi vəziyyət gərginləşdikcə burada da aranı daha çox qarışdırmağa çalışırlar. Sanki bu yolla Ermənistandakı “qardaşlarına” dəstək verirlər. Bu, bir daha sübut edir ki, Cənubi Qafqazdakı belə proseslər bir mərkəzdən idarə olunur, həm də Azərbaycandakı sabitliyi istəməyən, Ermənistanda revanşist qüvvələr hakimiyyətə gələrsə, Azərbaycanın öz suveren ərazilərini müdafiə üçün hərəkətə keçə biləcəyini istəməyən qüvvələr tərəfindən idarə olunur.

 

Belə hesab edirəm ki, düşmənlə hələ də qarşı-qarşıya olduğumuz indiki dövrdə bu gün daxilimizdəki belə şərəfsiz, antimilli qüvvələrin qarşısı ən qəti şəkildə alınmalıdır. Dövlətin imicinə, xalqın həmrəyliyinə, xalqla dövlətin birliyinə xələl gətirən heç bir qüvvəyə, heç bir təşkilata, heç bir şəxsə güzəştə gedilməməlidir. Çünki Azərbaycanın bugünkü taleyi üçün biz hamımız tarix qarşısında məsuliyyət daşıyırıq.

Əziz Ələkbərli

Milli Məclisin deputatı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
MSK üzvlüyünə namizədlərin SİYAHISI 23 Aprel 2021, 15:52 Hikmət Hacıyev böyük məşqçi təyin olundu 23 Aprel 2021, 15:46 İranda ötən sutka 380 nəfər koronavirusdan ölüb 23 Aprel 2021, 15:40 DİM-dən bugünkü buraxılış imtahanlarına dair AÇIQLAMA 23 Aprel 2021, 15:34 “YAŞAT” Fondu daha 3 qazinin əməliyyat xərclərini ödədi - FOTO 23 Aprel 2021, 15:28 “Twitter”in işində nasazlıq yaranıb 23 Aprel 2021, 15:22 YAP MSK üzvlüyünə namizədlərini təsdiqlədi - SİYAHI 23 Aprel 2021, 15:17 Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI 23 Aprel 2021, 15:11 Siyavuş Novruzovdan “Mirələmovun videosu”na görə xəbərdarlıq 23 Aprel 2021, 15:10 YAP Hüseynbala Mirələmovun məsələsini müzakirə edir 23 Aprel 2021, 15:08 Azərbaycanda əcnəbilərin müvəqqəti olma müddəti uzadıldı 23 Aprel 2021, 15:06 BANM-nin tələbələri “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsində qalib oldu 23 Aprel 2021, 15:04 Universitetlər irəliyə getmək üçün müvafiq səlahiyyətlərə malik olmalıdır - Rektor 23 Aprel 2021, 15:00 Yeni uğurlar əldə olunur 23 Aprel 2021, 14:56 Deputat orta məktəblərdə dini dərslərin keçirilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:53 “Bu qanun layihələri Prezidentin tövsiyələrinə tam uyğundur” - Əli Hüseynli 23 Aprel 2021, 14:48 Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək 23 Aprel 2021, 14:42 Azərbaycandan ABŞ administrasiyasına MESAJ 23 Aprel 2021, 14:37 Kütləvi dini ibadət və mərasimlərin icazəsiz keçirilməsi qadağan olunur 23 Aprel 2021, 14:32 Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dini cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10