Modern.az

Azərbaycanın Mədəniyyət naziri Türkiyədə səfərdədir

Azərbaycanın Mədəniyyət naziri Türkiyədə səfərdədir

1 Mart 2021, 10:37

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Türkiyə Respublikasına səfərə gedib. Nümayəndə heyətinə nazirlik Aparatının rəhbəri Vasif Eyvazzadə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri daxildir. 

Modern.az xəbər verir ki, fevralın 28-də nümayəndə heyətinin ilk görüşü Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar İdarəsinin sədri Abdullah Ərən ilə baş tutub.

Görüşdə xaricdə yaşayan türklərlə azərbaycanlılar arasında mədəni əlaqələrin və bağların gücləndirilməsi ilə bağlı layihələr, mədəniyyət və irs sahəsində təhsil proqramları, mədəni əlaqələrin genişləndirilməsi, kino sənayesinin inkişafı, mədəni irsin qorunması və mədəniyyətin digər sahələrində təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər arasında qarşılıqlı kitablar təqdim olunub.

Görüşün sonunda nazir Anar Kərimov səmimi qəbula görə təşəkkürünü bildirib və ilk səfərinin Türkiyəyə baş tutmasından məmnunluğunu ifadə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır