Modern.az

Qazilərimiz dövlət qayğısı əhatəsindədir!

Qazilərimiz dövlət qayğısı əhatəsindədir!

Aktual

1 Mart 2021, 11:53

 

Azərbaycan tarixində zaman – zaman müharibələr olmuş , xalqımız çox itkilər vermişdir. Lakin, 2020-ci il Azərbaycan tarixinə 44 günlük II Qarabağ müharibəsi şanlı zəfəri kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə ‘’ Dəmir Yumruq’’ əməliyyatı düşmənin başını ilan kimi əzdi . Qələbəmizin uğur simvolu olan “Dəmir Yumruq” - özündə xalq , ordu , rəhbər birliyini birləşdirdi. Azərbaycanın tarixi qələbəsinin qəhrəmanı Cənab Ali Baş Komandan İlham Əliyev bu 44 gündə həm hərbi , həm siyasi , həm informasiya , həm də təbliğat cəbhəsində mübarizə apardı. Öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qorudu. Həmişə inamla danışdı , cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı , yüksək intellekt , dərin bilik və diplomatik peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir daha dünyaya tanıtdı, hər kəsə öz yerini göstərdi. Cənab Prezidentin qələbə müjdəli çıxışları xalqı və ordunu ruhlandırdı, inamını artırdı, birliyini möhkəmləndirdi. Dövlət başçısı vətənin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində canından və sağlamlığından keçən insanların ailəsinə xüsusi diqqət və qayğı göstərərək bildirdi ki, bu qayğı həm dövlətin , həm də cəmiyyətin vəzifəsi, borcu və şərəf işidir.

 

Dövlətin gördüyü sosial müdafiə tədbirləri çox şaxəlidir , şəhid ailələri və müharibədə əlil olan qazilərimiz müxtəlif təminat və sosial qayğı ilə əhatə olunublar. Prezident İlham Əliyev öz siyasətini formaca çox sadə, lakin məna yükü çox böyük olan dörd kəlmə ilə ifadə edir. ”Bizim siyasətimiz, bizim işimizdir!”

 

Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə YAŞAT Fondunun yaranması münasibətlərin və yaşatmaların formalaşmasına xidmət edəcəkdir. Bu fondun dəstəyi ilə bütün şəhid ailələrinin və qazilərimizin bir çox sağlamlıq , məişət və sosial problemlərinin davamlı və şəffaf şəkildə həll edilməsi davam etdiriləcəkdir. Son 17 il ərzində dövlət şəhid ailələri , müharibə qazilərinin ehtiyaclarının həyata keçirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir ki, bunların bariz nümunəsi kimi şəhid ailələri və I Qarabağ müharibə əlilləri üçün yeni yaşayış kompleksləri inşa edilərək onların istifadəsinə verilmişdir. Bu komplekslərdəki mənzillər hətta bütün lazımı ev avadanlıqları ilə təmin edilmişdir. Bundan başqa hər il şəhid ailələri və müharibə əlilləri üçün ayrılmış pensiya və müavinətlərin artırılması onlara yeni minik avtomobillərinin təqdim olunması bir daha dövlətimizin qazilərimizə olan qayğısının bariz nümunəsidir.

 

Eləcə də, respublikamızda yerləşən reabilitasiya mərkəzlərinin yenidən təmin olunaraq istifadəyə verilməsini qeyd etmək olar. Bu mərkəzlər qazilərimizin müalicəsi və sağlamlığının bərpası üçün nəzərdə tutulmuşdur.

 

II Qarabağ müharibəsində iştirak etmiş qazilərimizin bir qisminin müalicəsi hal-hazırda qardaş ölkə Türkiyədə davam etdirilir. Onlara maddi və mənəvi baxımdan dəstək olmaqla dövlətimiz bir daha qazilərimizə olan qayğı və diqqətin ən vacib məsələ olduğunu göstərmişdir. Həmçinin müharibə dövründə əl-qolunu və ayağını itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş olunmuşdur. 300 –dən çox qazi üçün protezlər ən qısa zamanda ölkəmizə gətiriləcəkdir. Protezlər sayəsində qazilərimiz normal həyata davam edə biləcəklər.

 

Daha çox diqqət və qayğıya ehtiyacı olan şəhid ailələrinə Qarabağ müharibəsində əlil olmuş şəxslərə, qaçqın və məcburi köçkünlərə münasibətdə cənab Prezidentin davranışı onlara dövlət başçısının hörmətinin ifadəsi olduğu qədər də cəmiyyətə bir xoş məram nümayişi, nümunə və çağırışdır.

 

‘’Biz birlikdə güclüyük!’’ şüarı ilə hər günü gərgin keçən 44 günün içərisində biz Azərbaycanın növbəti uğur tarixini yazdıq. Bu tarixin isə bir qəhrəmanı var : Azərbaycan xalqı və onun yenilməz Lideri Cənab İlham Əliyev!

 

Hacıqabul şəhər sakini Xuraman Talıbova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır