Modern.az

2 məhkəmə sədri məsuliyyətə cəlb olunub

2 məhkəmə sədri məsuliyyətə cəlb olunub

Aktual

1 Mart 2021, 16:09

Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Şura tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılıb.

 

Məhkəmə-Hüquq Şurasından Modern.az-a verilən məlumata görə, 2 məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub:

 

“Fəaliyyətdə şəffaflığın təmin edilməsi üçün məhkəmə qərarlarının dərci üzrə xüsusi proqram təminatı hazırlanıb.

Həmçinin, ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib, fəaliyyətində aşkar edilən pozuntular 80-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb. 16 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla, o cümlədən səlahiyyət müddəti uzadılmadığına görə xitam verilib”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar