Modern.az

Pandemiya ilə bağlı nöqsanlar ən çox bu rayonda aşkarlandı

Pandemiya ilə bağlı nöqsanlar ən çox bu rayonda aşkarlandı

1 Mart 2021, 20:11

01 - 28 fevral tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 18395 monitorinq həyata keçirilib və 885 nöqsan aşkar edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə AQTA-nın ictimai iaşə müəssisələrində pandemiya ilə bağlı görülən işlərə dair hesabatında bildirilib.

 

Qeyd olunub ki, Bakı şəhəri üzrə ən çox nöqsan Səbail rayonunda (20 nöqsan), ən az nöqsan isə Qaradağ rayonunda (2 nöqsan) aşkar edilib.

 

Ən çox aşkar olunmuş nöqsanlar:

 

- İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 734 (83 %);

- Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 107 (12%);

 

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 51173 monitorinq həyata keçirilib və 2992 nöqsan aşkar edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü